Cərrah, uroloq-androloq kimi fəaliyyət göstərir.
30-dan çox elmi işin müəllifidir.
50-dən artıq məqalənin müəllifidir.
Azərbaycan və xaricdə (Rusiya, Avstriya, Almaniya, Türkiyə, Ukrayna) keçirilən müxtəlif elmi simposiumlarda iştirak edib.
Avropa uroloqlar; Azərbaycan uroloqlar; Azərbaycan Androloqlar Assosiasiyalarının üzvüdür.
2016-cı ildən Ümumdünya Endourological Society üzvüdür.
1998-ci ildə Azərbaycan tibb institunun Müalicə-profilaktika fakültəsini bitirib.
Azərbaycan Tibb İnstitutunun Urologiya ixtisası üzrə klinik ordinaturasını bitirdikdən sonra 1996-ci ildən 1998-ci ilədək eyni ixtisasla aspiranturanı keçib.
Namizədlik dissertasiyası müdafiə edib.
Urologiya və andrologiya üzrə Azərbaycan, Avstriya, Türkiyədə təkmilləşmə keçib.
Çexiya, İspaniya, Yunanıstanda təkminləşmə kursları keçib.
Sidik-cinsiyyət sistemi orqanlarında 2000-ə yaxın açıq və endoskopik əməliyyatlar aparmış əməliyyatçı uroloqdur. Müalicə işini elmi və tədris fəaliyyəti ilə yanaşı aparır. Əsas professional üstünlükləri: kişi sonsuzluğunun operativ müalicəsi; sidik daşı xəstəliyinin operativ və endoskopik müalicəsidirlər.
1998-ci ildən hal-haziradək Aztibbinstitunun Urologiya kafedrasında işləyir.