Müxtəlif yerli və beynəlxalq tibb və uroloji cəmiyyətlərin üzvüdür.
2006-cı ildə tibb fakültəsini bitirdikdən sonra 1 il ərzində (2006-2007) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Topçubaşov adına Milli Eksperimental Cərrahi Mərkəzində cərrahiyyə üzrə internatura keçib.
2009-2011-ci illərdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində İ.İ.Meçnikov adına Tibb Akademiyasında urologiya üzrə klinik ordinaturada təkmilləşib.
Hal-hazırda “Modern Hospital”-da sidik və cinsiyyət üzvləri üzərində aparılan geniş spektrli açıq və qapalı (endoskopik) əməliyyatları həyata keçirməktədir.
2011-ci ildən Azərbaycan Respublikasının Bakı şəhərində “Modern Hospital”- da çalışmaqla yanaşı mütəmadi olaraq (2011, 2012, 2013) Türkiyə Respublikasının İstanbul şəhərində İstanbul Universitetinin Çapa Tibb Fakultetinin urologiya kafedrasında müasir urologiyada təkmilləşib.