Mehriban  Melikova hekimtap.az

Mehriban Melikova

Surgeon

Baku

Education

1992-1998-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin 1-ci müalicə profilaktika fakültəsini bitirib.
1998-2000-ci illərdə Musa Nağıyev adına Təcili Tibbi Yardm Xəstəxanası bazasında 1-ci cərrahi xəstəliklər kafedrasında cərrahiyyə üzrə klinik ordinatura keçib.
2009-cu ildə Piraqov adına Milli Cərrahiyyə Mərkəzinin nəzdində fəaliyyət göstərən Həkimləri Təkmilləşdirmə İnstitutun, Akademik E.F.Kiranın başçılıq etdiyi Ginekologiya kafedrasında 3 aylıq kurs keçib, 500-ə yaxın ginekoloji və laporoskopik əməliyyatlarda iştirak edib, müvafiq sertifikat alıb.
2000-2014-cü illər ərzində ümumi cərrahiyyənin müxtəlif sahələri üzrə Bakı şəhərində keçirilən 1-ci Respublika və 2-ci Beynəlxalq əhəmiyyətli elmi-praktik konfranslarda iştirak edib.
1998-2000-ci illərdə Musa Nağıyev adına Təcili Tibbi Yardm xəstəxanası bazasında 1-ci cərrahi xəstəliklər kafedrasında cərrahiyyə üzrə klinik ordinatura keçərək professor Nuru Bayramovun başçılığı altında “Qara ciyər cərrahiyyəsi” üzrə mövzularda 4 elmi məqalə hazırlayıb.
Ümümi cərrahi və ginekoloji əməliyyatlar açıq, laparoskopik, histeroskopiya, histerorezektoskopiya kimi praktik təcrübələrə yiyələnib.
Son 6-7 ildə 1500-ə yaxın (müxtəlif ginekoloji, proktoloji, yırtıqların plastikası, abdominoplastika, öd kisəsi, tiroid vəzi, fleboektomiya və s.) cərrahi əməliyyatlar həyata keçirib.

Experience

2003-2005-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi poliklinikasında həkim-cərrah kimi fəaliyyət göstərib.
2005-2007-ci illərdə Azərbaycan Respublikası Daxili Qoşunlarının Hərbi Hospitalında həkim-cərrah kimi fəaliyyət göstərib.
2007-2012-ci illərdə Diaqnoz Tibb mərkəzində, Baki Medikal Plazada həkim-cərrah kimi fəaliyyət göstərib.
2012-2014-cü illərdə Turan Klinikasında həkim-cərrah kimi fəaliyyət göstərib.

Mehriban Melikova

Choose time

Write you telephone number

By applying you accept

rules of service