1983-1993-cü illərdə Gəncə şəhəri 24, 11 və 5 saylı orta məktəblərdə orta təhsil alıb.
1993-1999-cu illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi-profilaktika fakültəsində ali təhsil alıb.
1999-2000-ci illərdə T.C.Kütahya Dövlət Xəstəxanasında internatura keçib.
2002-2008-ci illərdə T.C.Hacettepe Universiteti Tibb Fakültəsi Genel Cerrahi Anabilim Dalında uzmanlıq təhsili alıb.
11 sentyabr 2008-ci ildə “Pankreas adenokarsinomalı xəstələrdə serum CA19-9 və CEA səviyyəsi ilə şişin limfavaskulyar və perinevral invaziyası arasındakı əlaqə” mövzusunda dissertasiya müdafiə etmiş, şifahi və praktiki imtahan verərək GENEL CERRAHİ UZMANI ( Qastrointestinal, Hepatopankreatobiliyar, Süd vəzi-Endokrin, Kolorektal, Onkoloji cərrahiyyə, Yanıq cərrahiyyəsi və müalicəsi, Laparoskopik cərrahiyyə, Cərrahi reanimasiya) ünvanı aldım.
Türkiyə Genel Cerrahi Board imtahanından keçib.
Mədə bağırsaq sistemi xəstəliklərinin cərrahi müalicəsi
Qida borusu axalaziyası, reflüks xəstəliyi ( açıqvə laparoskopik), reflüks ezofagit, qida borusu divertikulu
Mədə və on iki barmaq bağırsaq xorası və ağırlaşmaları- perforasiya, qanaxma, bədləşmə
Nazik və yoğun bağırsaq deşilməsi, keçməməzliyi, divertikulları, polipləri, xoraları, yoğun bağırsaq qanaxmaları, appendisit ( açıq və laparoskopik)
Perianal fistula, hemorroid xəstəliyi, anal çat, epithelial büzdüm yolları kistası– pilonidal sinus kisti
Qaraciyər-öd yolları və mədəaltı vəz xəstəliklərinin cərrahi müalicəsi
Qaraciyərin parazitar və qeyri-parazitar kistləri( açıq və laparoskopik əməliyyatlar) , hemangiomaları, törəmələri,
Öd kisəsi daşları, kəskin və xroniki xolesistit, öd kisəsi polipləri ( açıq və laparoskopik əməliyyatlar), qaraciyər daxili və xarici öd yollarının mexaniki obstruksiyası-tutulması, xoledox daşları və törəmələri
Mədəaltı vəz iltihabı, mədəaltı vəzin kistləri, törəmələri
Endokrin sistemi xəstəliklərinin cərrahi müalicəsi
Tiroid vəzin diffuz və düyünlü ur xəstəlikləri, paratiroid vəz adenomları və hiperplaziyası ( hemodializ xəstələrində), böyrəküstü vəz adenomları, tiroid düyünlərinin nazik iynə biopsiyası
Yırtıq əməliyyatları ( açıq və laparoskopik)
Qarın ön divarının postoperasion yırtıqları, göbək yırtığı, qasıq yırtığı,
Diafraqmatik yırtığın açıq və laparoskopik plastikası
Yumşaq toxuma törəmələrinin çıxarılması, pannikulektomiya ( abdominoplastika)
Diaqnostik laparoskopiya, biopsiya götürülməsi
Peritoneal və retroperitoneal, o cümlədən çanaqdaxili törəmələrin, mezenterial kistaların çıxarılması, splenektomiya
18.05.2009-10.10.2015-ci il tarixlərində N.Tusi adına Klinikada həkim cərrah kimi çalışıb.
2015-ci ilin oktyabr ayından Grand Hospitalda Həkim Cərrah işləyir.