Elchin  Abdinov hekimtap.az

Elchin Abdinov,PhD

Surgeon

Tibb üzrə fəlsəfə doktoru

Baku

About doctor

Ümumi cərrah, Tibb üzrə fəlsəfə doktoru (tibb elmləri namizədi)

Əmək stajı - 15 il 

40-dan artıq elmi məqalənin, 1 səmərələşdirici təklifin müəllifidir. 
 

Education

1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsində təhsil alıb və “Fərqlənmə” diplomu ilə bitirib.
 

Courses

2005-ci ildə Rusiya Federasiyası, Moskva şəhəri “Laparoskopik cərrahiyyə” kursu.
2006-cı ildə Rusiya Federasiyası, Sank-Peterburq şəhəri “Laparoskopik cərrahiyyə” kursu.
2008-ci ildə Rusiya Federasiyası, Kazan şəhəri “Laparoskopik cərrahiyyə” kursu.
2014-ci ildə Türkiyə Respublikası, İstanbul şəhəri “Laparoskopik bariatrik və metabolik cərrahiyyə” kursu.
2014-ci ildə Fransa Respublikası, Strasburq şəhəri “Laparoskopik bariatrik və metabolik cərrahiyyə” kursu.
2015-ci ildə Türkiyə Respublikası, İstanbul şəhəri “Laparoskopik bağırsaq cərrahiyyəsi” kursu.

Executed procedures

-Azərbaycanda ilk - Bariatrik və metabolik cərrahiyyə əməliyyatlarının icrası: Artıq çəki, piylənmə və metabolik (şəkərli diabet xəstəliyinin) xəstəliklərinin laparoskopik cərrahi müalicəsi.
- Hepatiko-pankreatiko-biliar cərrahiyyə: Qaraciyər, öd kisəsi, öd yolları və mədəaltı vəz xəstəliklərinin (qaraciyər sistləri, exinokokk sisti, mexaniki sarılığa səbəb olan xəstəliklərin, öd daşı, öd yollarının stenozu, mədəaltı vəzinin psevdosistləri və xroniki pankreatitin) laparoskopik cərrahi müalicəsi.
- QERX-nin cərrahiyyəsi: Reflüks xəstəliyinin laparoskopik cərrahi müalicəsi.
- Qastro-intestinal cərrahiyyə: Qida borusu axalaziyasının laparoskopik cərrahi müalicəsi. Mədə rezeksiyası. Mədə və on iki barmaq bağırsağın perforasiyası, qanaxma, mədə çıxacağının stenozu kimi ağırlaşmalarının laparoskopik cərrahi müalicəsi. Nazik və yoğun bağırsaq xəstəliklərinin (xoşxassəli törəmələr-polipoid lezyonlar, bezoarlar, fistulalar, keçməməzlik, Kron xəstəliyi və onunla əlaqəli ağırlaşmalar, qeyri-spesifik xoralı kolit) laparoskopik cərrahi müalicəsi. Soxulcanabənzər çıxıntının xəstəliklərinin laparoskopik cərrahi müalicəsi. Perianal fistulalar, babasil, anal çat və s. xəstəliklərin cərrahi müalicəsi. 
- Yırtıq cərrahiyyəsi: Qasıq yırtığının laparoskopik və açıq plastikası (bir və iki tərəfli). Göbək yırtığının laparoskopik və açıq plastikası (kiçik, orta və böyük həcmli). Bud yırtığının plastikası. Ağ xətt yırtığının laparoskopik və açıq plastikası. Postoperasion yırtıqların laparoskopik və açıq plastikası (kiçik, orta və böyük). Eventerasiyanın ləğv edilməsi. Diafraqma yırtığının laparoskopik və açıq ləğvi. Yırtıq torunun dəyişdirilməsi. - Laparoskopik Splenektomiya (dalağın laparoskopik çıxarılması).
- Diaqnostik laparoskopiya.
- Abdominoplastika. Əməliyyatlar ən son elmi və texniki yeniliklərdən istifadə edilərək həm açıq, həm də laparoskopik metodlarla aparılır.

Experience

2000-ci ildən Azərbaycan Tibb Universitetinin II cərrahi xəstəliklər kafedrasında assistent vəzifəsində çalışır. 

Elchin Abdinov,PhD

Choose time

Write you telephone number

By applying you accept

rules of service