Rauf Məmmədov hekimtap.az

Rauf Məmmədov

Dentist

15 years of experience

Baku
Karies
 hekimtap.az

Karies

Author: Stomatoloq Rauf Məmmədov , Əlaqə:050 255 88 50
5937

Published: 08.11.2019
Rauf Məmmədov

Karies nədir?

Diş həkiminə ən çox müraciət etmə səbəblərindən biri də dişlərin kariesindən bağlıdır. Karies – sərt toxumaların zədələnməsidir. Diş emalının məhv olunmasından başlayır. Əgər siz heç bir tədbir görməsəz karies daha da dərinə yayılır. Dişdə boşluqlar yaranır. Pis tədbirdə dişi itirmər olar.

Kariesin yaranması:

Kariesin yaranma səbəbi bakteriyaların diş emalına təsirindən başlayır. İnsan ağzında çox miqdarda bakteriya mövcuddur. Diş təmizləməsindən 2-4 saat sonra belə bakteriaların sayı bir milliona çata bilər. Bakterialar diş səttinə yapışır, emala təsir görsədir və bunun nəticəsində karies yaranır. Kariesin əsas səbəbi streptokok Streptococcus Mutans və Streptococcus Sangiusdur. 
Bakterialrın sürətli çoxalması onlar üçün əlverişli mühitdə müydana gəlir, bu da müxtəlif şərtlərlə yaranır. Onlar aşağıdakılardı:
Ağız boşlugunun səhv qiqiyenası, xüsusən nizamsız və ya effektsiz diş fırçalama.
Karbohidratlı qidalardan çox qidalanma və tərəvəzin rasionda az olması.
Hipovitaminoz.
İçməli suda müəyyən mineraların az olması (ftor, fosfor, kalsium)
İmmunitetin zıifləməsi.
Mədə-bağırsaq traktınında xəstəliklərin olması.

Kariesin ilkin əlamətləri meydana çıxan kimi stomatoloqa müraciət edin. Beləki karies dişin kənar tərəfində də meydana çıxa bilər.
Stomatoloq kariesin dərəcəsini müəyyən edəcək və müvafiq müalicə metodu seçəcək. Müalicə nə qədər tez başlansa bir o qədər yaxşıdır. Ləkə mərhələsində remineralizasiya aparmaq( xüsusi məhlul vasitəsi ilə )kifayətdir. Səthi , orta və dərin karies zamanı karioz boşluq xüsusi plomblama ilə işlənilməlidir. Daha dərin karies zamanı tərkibində kalsium hidro oksid olan dərman bezlərindən istifadə olunur ki, bu da dişin sinirini qoruyan 2- ci dentinin əmələ gəlməsinə səbəb olur .

Profilaktika.

Profilaktika ağız boşluğuna düzgün gigiyenik qulluqdan, düzgün qidalanmadan və müntəzəm olaraq stomatoloqa müraciət etməkdən ibarətdir. Ağız boşluğunda gigiyena gündə 2 dəfə ( səhər və axşam yeməyindən sonra ) 3-5 dəq dişlərin təmizlənməsi, sonra yaxalanmasında ibarətdir. Bundan əlavə ildə 2 dəfə stomatoloqa müraciət edib dişləri peşəkarcasına təmizlətmək lazımdır.


Rauf Məmmədov

Choose time

Write you telephone number

By applying you accept

rules of service