1982-cü ildə Bakı şəhərində anadan olub.
1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetində "Müalicə-profilaktika ixtisası" üzrə təhsil alıb.
Ginekologiya ixtisası üzrə "Klinik ordinaturanı" 2005-2007-ci illərdə Tumen Tibb Akademiyasında keçib.
2007-ci ildə Moskva şəhərində "Kolposkopiya, uşaqlıq boynunda aparılan cərrahi əməliyyatlar" üzrə sertifikatla təmin olunmuş kursları bitirib. Tumen şəhərində "Medikamentoz abortun aparılması", "Hamilələrdə onurğa problemləri və onların həlli üsullarına" aid kurs keçib.
Doğum və keysəriyyə üzrə 8 illik iş təcrübəsi var.
2008-ci ildən Xətai rayonu "10 saylı qadın məsləhətxanası"da və "Medika Hospital" tibb mərkəzində həkim-ginekoloq vəzifəsində işləyir.