Turan Eliheyderova

Psychologist

4 years of experience

Uşaqlarda travma sonrası stress  pozuntusu (TSSP)
 hekimtap.az

Uşaqlarda travma sonrası stress  pozuntusu (TSSP)

Author: Psixoloq Turan Əliheydərova
6932

Published: 03.08.2018
Turan Eliheyderova

Uşaqlarda TSSP nədir?

TSSP hər hansı stress və ya həyəcan situasiyalarına qarşı yönəlmiş mürəkkəb psixoloji prosessdir. Bunun gedşatı uşaqlarda xüsusilə ağır olur. Belə ki, onların şəxsiyyət formalaşması hələ başa çatmamış və bu cür pozuntuların qarşısını alan müdafiə mexanizmləri kifayət qədər inkişaf etməmişdir. Pozuntu yaşanmış streslə bağlı qəfil xatirələr, qorxu və vahimənin təkrar-təkrar yaşanmasından, həmçinin daimi hədələr fonunda yarana bilir.   

TSSP olan uşaqlarda emosional pozuntu baş verir ki, bunun nəticəsində ətraf mühitə qarşı marağın, həyat eşqinin itməsi müşahidə oluna bilər. Bu cür uşaqlar başqa insanlarla yaxınlıq etmir, gələcək haqqında düşünmə qabiliyyətinə malik olmurlar. Yaşanan travmatik situasiyadan sonra onlarda qısa müddətli yaddaş pozuntusu qeydə alına bilər.  

Uşaqlarda TSSP-nin diaqnostikası

Uşaqlarda TSSP-nin diaqnostikası keçirilən psixoloji trvmadan sonra 3 ay müddətində qoyulmalıdır. Xəstəliyin simptomları diqqətdən kənarda qalarsa, ciddi fəsadlar yarana bilər.

“Aysmed” klinikasında TSSP-nin diaqnostikası məqsədilə diaqnostik kliniki müsahibə alınır – həm uşaqdan, həm də onun valideynlərindən. Həmçinin, TSSP-nin daha dəqiq xarakteristikası üçün xüsusi anketlər vasitəsilə sorğular aparılır. Diaqnostika zamanı əmin olmaq lazımdır ki, burada söhbət uşaqlara xas olan digər psixi pozuntulardan getmir.

Uşaqlarda TSSP-nin müalicəsi

  • Koqnitiv-davranış psixoterapiyası

Bu texnika ağrılı xatirələrin intensivliyni  qısa müddət ərzində aradan qaldırmağa, nəticədə isə uşağı bu problemdən azad etməyə imkan yaradır. Uşaq müalicə prosesində bu metodla ona travma yetirən hadisələrlə müstəqil mübarizə aparmağı, narahatlıq, qorxu və fobiyalara qalib gəlməyi öyrənir. O, daha adekvat olur, rəftarı sakitləşir. Psixoterapiya uşağa normal uşaqlığını qaytarır, əvvəlki məşğuliyyətlərinə həvəsi bərpa edir.

  • Oyun terapiyası

TSSP zamanı uşaqların müalicəsində onun psixikasına və ətraf mühiti qavramasına xüsusi yanaşma tələb olunur. Uşaq oyunlarn sayəsində inkişaf edir, ətraf aləmi anlayır, öyrənir və nəhayət müalicə olunur. Müalicənin əvvəlində balaca pasiyent hələ ki, keçirdiyi travma nəticəsində baş verən raksiyaları dərk edtmir. Uşaqla iş prosesində - xüsusi şəkil və oyun metodikalarının köməkliyi ilə uşağın onun normal həyatına mane olan xatirələrə başqa cür yanaşmasına köməklik edir.

  • Ailə terapiyası

Ailənin dəstəyi uşaq üçün böyük əhəmiyyət kəsb edir və təbii ki, müalicə prossesinə ciddi təsir görstərir. Bəzən TSSP zamanı valideynlər yanlış mövqe tutur – uşağın hiss-həyəcanını qəbul etmir və guya bununla onu keçmiş xatirələrə qaytarmamağa çalışırlar. Lakin bu, o demək deyil ki, uşaq özü bu barədə düşünmür - əksinə o, hiss edir ki, keçirdiyi iztirabları ifadə edə bilmir, belə ki, onu başa düşmürlər.

Ona görə də mütəxəssis uşağın valideynləri ilə işləyir və onlara övladlarının vəziyyətinə düzgün qiymət verməyin yollarını göstərir, lazımi kontakt və atmosfer yaratmağı tövsiyə edirlər. 

Bununla belə, mütəxəssis uşağın qorxu və həyəcanlarını inkar etmir, onlara qalib gələrək ciddi problemdən qurtulmağa kömək edir.

  • Medikamentoz terapiya

TSSP-nin müalicəsində yanaşı olaraq, medikamentoz müalicənin də aparılması tövsiyə oluna bilər. Bu, uşağn davranışında güclü ifadə olunmuş problemlər zamanı, izafi aqressiya, depressiya və ya təşviş zamanı daha effektlidir.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az 


Turan Eliheyderova

Choose time

Write you telephone number

By applying you accept

rules of service