Dil:
Azərbaycanca
Yuxu yozmaq üçün yüksək intellekt lazımdır
20 Oktyabr 2018 9361Yuxu - tarixən insanlar tərəfindən sirli, möcüzəli bir aləm kimi qəbul edilmiş, onların yozumları isə münəccimlərin, falçıların və digər “mütəxəssislərin” ixtiyarına buraxılmışdır. Yuxu ilə bağlı fikir ayrılıqları bu gün də mövcuddur.
Bu fenomenə psixoanalizin banisi, psixiatr, psixoloq və nevroloq Ziqmund Freydin özünəməxsus elmi yanaşması var:
Freydə görə, yuxu yozulmasının bir neçə əsas xüsusiyyəti mövcuddur:
1. Yuxuda təsvir olunan əşyaların sayı o qədər də böyük deyil.
2. Yuxudakı simvolların böyük hissəsi seksual xarakter daşıyır.
3. Hər bir yuxunun sonadək anlaşılmayan hissəsi var.
Freydin yuxu yozmaları üçün seçdiyi “sərbəst assosiasiyalar” metoduna əsasən, bütün yuxular zövq almaq prinsipinə söykənir. Bu, onunla izah olunur ki, insanlar həyatdan zövq almağa çalışır, əgər onlar bir şeydən zövq almırlarsa - yalnız neqativə köklənirlər.
Freydin yuxuyozma prinsiplərinə müxtəlif aspektlərdən yanaşmaq olar - onlardan ən əsası seksual prinsiplərdir. Belə ki, Eros (seksual meyil) təkcə cinsi meyil deyil, bu, həmçinin, həyatı və öz nəslini davam etdirmək istəyini ehtiva edir.
Dahi psixoanalitik hesab edirdi ki, yuxugörmə və reallıq arasında sıx bağlılıq var. Onun fikrincə, yuxuyozma fərdi prosesdir, çünki hər bir insan unikal, təkrarolunmaz hiss və həyəcan yaşayır.
Freyd əmin idi ki, ayıq vaxtı insan tam anlamadığı şeyləri, tərəddüd keçirdiyi məqamları yuxuda müxtəlif obraz və simvollar formasında görür. Yuxunu yozmaq üçün isə zəngin fantaziya, intellekt və yaradıcı təfəkkürə malik olmaq lazımdır.
Bəs Siz yuxularınızı necə yozursunuz?
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1