Dil:
Azərbaycanca
Sidik yolu infeksiyaları
26 İyul 2020 14565Sidik yolu infeksiyası, sidik yollarında ortaya çıxan müxtəlif iltihabi vəziyyətlərə verilən addır. Daha çox aşağı sidik yollarında baş verir. Aşağı sidik yolu infeksiyaları adətən zərərsizdir.
Üst sidik yollarında yaranan infeksiyalar daha təhlükəlidir.
Sidik yolu iltihabları əksər zaman bakteriyaların səbəb olduğu infeksiyalardan baş verir. Bu mikroblar üstə doğru yüksələn bağırsaq mikroblarıdır.
Sidik yolu infeksiyalarının əlamətləri nədir?
Tez-tez sidiyə getmək
Tualetə gedən zaman yaranan ağrı və ya yanma
Qızdırma
Yorğunluq
Bulanıq, qırmızı rəngə çalan sidik
Pis qoxulu sidik
Qarın nahiyəsində yaranan ağrı
Qabırğaların altında yaranan ağrı
Bulantı və ya qusma
Sidik yolu infeksiyaları qadınlarda tez-tez görülən xəstəliklərin başında gəlir. Bir çox qadın sidik yolu infeksiyaları keçirə bilər.
Normalda sidik sterildir. İçində hansısa bakteriya, virus, göbələk olmur. Əksər zaman həzm sistemindəki mikroblar sidik yoluna daxil olduğunda və çoxalmağa başladığında sidik yolu infeksiyası yaranır.
Bununla yanaşı cinsi yolla yoluxan mikroblar da da sidik yolu infeksiyalarına yol aça bilər.
Qeyd edək ki, sidik yolunda yaranan infeksiyalar ilkin mərhələdə müalicə edilməzsə qalıcı zədələrə yol aça bilər.
Sidiyə gedərkən ağrı və ya yanma hissi varsa, sadəcə qısa-qısa edilirsə, qan varsa və ya sonradan ciddi qarın ağrısı əlavə edilərsə mütləq həkim müayinəsindən keçilməlidir.
Müalicəsi adətən antibiotiklərlə aparılır.
Antibiotik qəbulundan sonra iltihab bir neçə gün ərzində azalmağa başlayır.
Təkrarlayan sidik yolu infeksiyaları zamanı yüksək miqdarda antibiotik qəbul edilməlidir.
Müalicələrlə yanaşı bunlar edilməlidir:
Bol miqdarda su içilməli
Sidik saxlanılmamalı
Tualet ehtiyacından sonra təmizliyi doğru etməli
Cinsi münasibətdən sonra sidiyə gedilməli
Təmizlik zamanı sabun istifadəsindən qaçınılmalı
Pambıq geyimlərdən istifadə edilməli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1