Dil:
Azərbaycanca
Rinoplastika nədir?
26 İyul 2020 8229Rinoplastika - qədim yunanca: rhis, rhinos-burun, plastike-heykəltəraşlıq, formalaşdırma deməkdir. Burunun anadangəlmə və ya qazanılmış deformasiyalarının düzəldilməsi, eləcə də burunun itirilmiş hissəsinin tam bərpa edilməsi məqsədilə aparılan əməliyyatdır.
Burun əməliyyatı açıq və qapalı olmaqla iki üsulla aparılır.
Açıq rinoplastika - bu zaman kəsik burun dəlikləri və burun arakəsməsində aparılır. Burun dəliklərinin arasında qalan dəri parçası üzərində edilən təxminən 5 mm-lik kəsiklə başlanan prosedur, qalan digər hissələrin burunun içi tərəfindən kəsilməsi ilə davam etdirilir.
Qapalı rinoplastika burun dəliklərinin daxili səthindəki kəsiklər vasitəsilə aparılır və bu metodun bir çox üstünlükləri mövcuddur.
Qapalı rinoplastikanın həyata keçirilməsi üçün ən təhlükəsiz üsul Piezo cihazıdır.
Piezo-cərrahiyyə rinoplastikada əsaslı dəyişiklik yaradan metoddur. Bu, Piezo-cihaz vasitəsilə həyata keçirilir. Bu aparat ultrasəs dalğaları əsasında işləyir, titrədici dalğa seçici olaraq sümük toxumasına təsir edir və onu yonaraq lazımi formaya salır.
Bəs üstünlükləri nədir?
Artıq burun sümükləri çəkic ve ya digər travmatik usulla sındırılmır. Səs dalğalarından istifadə olunur, ve sümüklər sındırılmır. Piezo aparatı sümüyü kəsərək yumşaq toxumalara, qan damarlara və sinirlərə zərər vermir. Beləliklə yumşaq toxumalar zədələnmir, qanaxma demək olar ki yaranmır. Göyərmə və şişkinlik çox az olur.
Piezo-rinoplastikaya göstərişlər nədir?
- burun dəliklərinin qeyri-düzgün diametr və forması;
- çox enli və ya dar burun ucu;
- burun belinin enli olması;
- anadangəlmə burun çəpəri əyrilikləri;
- tənəffüsün pozulmasına səbəb olan anadangəlmə çəpər əyrilikləri.
- burun belində çökəklik və ya donqarın olması;
- əvvəllər keçirilmiş burun travmaları.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1