Dil:
Azərbaycanca
Uşaqlarınızın dişi çürüyərsə, ilkin yardım necə edilməlidir?
18 İyul 2018 9136Göz bəbəyi kimi qoruduğunuz uşaqların hər ehtiyacını qarşılayan zaman bəzi məqamları diqqətimizdən qaçıra bilirik. Onlardan biri isə ağız və diş sağlamlığıdır. “Onsuzda yeni dişləri çıxacaq” deyə diqqət verilməyən süd dişləri uşaq sağlamlığında əsas məsələlərdən biridir.
Türkiyənin Acıbadem Altunizadə Xəstəxanası uşaq stomotoloqu Ceren Soytuna ailələrin diş sağlamlığı barədə diqqət edilməli olan məqamları açıqlayıb.
Həkim, diş ağrısı zamanı ilk ediləcək işin dişləri fırçalamaq olduğunu bildirib. Ağrıyan dişin olduğu hissəyə 5 dəqiqə ara ilə 5 dəq kimi xaricdən, incə bir bezə sarılmış buz tətbiq edin. Buz o hissəyə gələn damarların daralmasını təmin edərək qan axışının azalmasına səbəb olacaq. Bu sayədə iltihabın aktiv halı keçəcəkdir. Ağrı yenə keçməsə uşağın yaşına və çəkisinə uyğun miqdarda ağrıkəsici verilə bilər. Mütləq şəkildə də stomotoloqa gedilməlidir.
Bəzən düzgün qidalanmamaq, diqqət dağınıqlığından diş çürümələrinə qədər bir çox problemə qədər yol aça bilər. Uşaqları az yaşından stomotoloqa tanışlıq məqsədilə aparmaq vacibdir. Alətlərə xüsusi ad qoyularaq işi daha əyləncəli hala gətirə bilərsiniz. Uşaqlarınıza diş müalicəsini oyun kimi anlatmağa kömək edin. Əgər yenə də uşaq qorxursa, ümumi narkoz verilərək müalicə edilə bilər. Bunun sayəsində çürükləri bir seansda müalicə etmək mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1