Dil:
Azərbaycanca
Süd məhsullarından gündəlik nə qədər istifadə edilməlidir?
28 May 2018 8854Süd qrupunda yer alan başlıca qidalar, süd, qatıq, kefir və pendirdir.
Süd qrupuna daxil olan qidalar protein, kalsium, B2, B 12 vitamini ilə zəngindir. Kalsium sümük-diş sağlamlığının davamı və gənclik dövründə mineral ehtiyatların artması baxımından vacibdir.
Süd və süd məhsullarının tərkibində olan protein hər yaş qrupunda olan insanlar üçün vacibdir. Uşaqlıq dövründə böyümə, yeniyetməlik zamanında bədənin güclənməsi baxımından çox gərəklidir. Bu qrupda yer alan B vitaminləri isə başda qırmzı qan hüceyrələri və sinir hüceyrələri olmaq üzrə vücudda önəmli funksiyaları yerinə yetirir.
İnsanlar mövcud sağlamlıq vəziyyətlərinə görə, süd məhsullarından seçməlidirlər.
Doymuş yağ və xolestrinlə birlikdə yağda əriyən A vitamini də süd məhsulların tərkibində mövcuddur.
Gündəlik içilməli olan süd məhsullarının miqdarı yaş, cinsiyyət, fizioloji vəziyyətinə uyğun olaraq dəyişir.
Gündəlik 1-3 yaş qrupuna daxil uşaqlarda 4 pors, 4-6 yaş qruplarında isə 3-4 pors, 7-9 yaşlı uşaqlarda 3 pors, 10-18 yaşlı uşaqlarda isə 4 pors məsləhət görülür. Böyük insanlarda 3 pors, 65 yaşdan yuxarı insanlarda isə 4 porsluq süd məhsullarından istifadə tövsiyə edilir.
Buna misal olaraq göstərsək:
6 yaşında uşaq səhər 1,5- 2dilim pendir (60 qr), 1 stəkan 200 ml süd, günorta və axşam yeməyində 3-4 qaşıq (150-200 ml) qatıq, axşam yatmazdan öncə içəcəyi 1 stəkan süd və ya 1 stəkan ayran gündəlik ehtiyacını qarşılayacaq.
*QEYD: www.hekimtap.az saytında yerləşdirilən hər hansı dieta reseptləri və ya müalicə üsulları mütləq mütəxəssislə müzakirə edilməlidir. Əks halda, yaranan fəsadlara cavabdehlik daşımırıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır (https://hekimtap.az).
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1