Dil:
Azərbaycanca
Hər dərmanı soyuducuda saxlamaq xəstəlik yaradır
24 Fevral 2018 11882Əksər inan dərmandan istifadə etdikdən sonra pozulmamağı üçün soyuducuya qoyaraq saxlayır.
Türkiyəli mütəxəssis Buket Aksu isə bunun yanlış addım olduğunu qeyd edib. Onun sözlərinə görə, hər dərmanı soyuducuda saxlamaq yanlışdır: “Bununla tərkibindəki təsirli maddənin istifadə müddətinə mənfi təsir göstərərsiniz”.
Dünyada olduğu kimi Azərbaycanda da yanlış və gərəksiz dərman istifadəçiləri çoxdur.
Bu problemin ciddi olduğunu vurğulayan mütəxəssislər belə dərmanların bəzən xəstəliklərin təkrarlanmasına, müalicə maliyyəsinin artmasına səbəb olduğunu bildiriblər.
Vətəndaşların bir-birlərinə dərman tövsiyəsi etdiklərini vurğulayan Aksu, bu mənfi reklamın hər kəs üçün zərərli olduğunu açıqlayıb.
Yanlış dərman istifadəsi ölümlə belə nəticələnə bilər. Bununla yanaşı ekspert, dərmanların saxlama şəraitinin də onların effektlərinə böyük təsiri olduğunu qeyd edib: “Dərmanın istifadə forması və müddəti qədər saxlanma ortamları da əsasdır. Bu mövzuda əczaçılar da məsuliyyət daşıyır.
Əksər insan “soyuducuda dərman saxlamaq faydalıdır” deyə dərmanı burada saxlayır. Otaq istiliyində dedikdə 25 dərəcədə saxlanılacaq dərman rəfdə saxlanılmamalıdır. Bununla yanaşı 7-8 dərəcə soyuducuda saxlanılacaqsa ona da diqqət etmək lazımdır. Hər dərmanı burada saxlamayın. İçlik vərəqəsi diqqətlə oxunmalı, saxlanma şəraiti ilə əlaqəli məlumatlar oxunmalıdır. Gərəksiz yerə saxladığınız dərman preparatlar fayda verməz. İstifadə müddəti, dərmanın təsirini azaldırsınız”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1