Dil:
Azərbaycanca
Koronadan necə qorunmalı?
19 İyun 2020 8894Koronavirus ölkəmizdə sürətlə yayılmağa davam edir. Bir çox insan xəstəlikdən qorunmaq üçün bəzi tədbirlər alır və ya ətrafındakı insanlarla təmas etməkdən çəkinir. Bu problemdən xilas olmaq üçün immuniteti gücləndirmək böyük əhəmiyyət kəsb edir.
İmmunitet sisteminizi güclü tutmaq və sağlam qalmaq üçün qidalanmağınıza diqqət etməlisiniz.
Bəs bunlar üçün nə etməli?
Ev daxilində keçən müddətdə yanlış qidalanma xəstəliklər riskini artırır. Bu səbəbdən şirniyyatdan az istifadə edilməli, hazır qidalardan uzaq durulmalıdır.
Bəzi karbonhidratlar immunitet sistemini zəiflədir.
Bal və bəhməz kimi enerji verən qidalar problem olmadığı halda 1-2 şirniyyat qaşığı qədər istifadə edilməlidir.
Meyvələrin də tərkibində zərərsiz şəkər olduğu unudulmamalıdır. Meyvə belə gün ərzində 1-2 pors yeyilməlidir. Məsələn portağaldan əldə edilən C vitamini, 3-4 ədəd bibərdən də əvəz oluna bilər.
Brokoli, soğan, sarımsaq təbii immuniteti gücləndirəcək tərəvəzlərdən hesab edilir.
Gündə ən azı 2 litr maye qəbul edilməlidir. Bununla yanaşı bəyaz çay, itburnu, yaşıl çay sağlamlıq üçün vacib olan mayedir.
Maye istifadəsi hər zaman olduğu kimi vacib məqamlardandır. Gündə ən az 2 litr su içilməlidir.
Bitki çayları hər insan üçün xüsusi dəyərləndirilir. Çobanyastığı, yaşıl çaylar insan sağlamlığı və immunitetin güclənməsi üçün vacib içkilər hesab edilir.
Gündə 1 kasa qatıq və ya kefir yemək çox vacibdir.
Qoz, fındıq, badamdan isə gündə bir ovuc istifadə etmək məsləhətdir. Bədəni ayaqda tutar, enerji verər.
Yeməklərinizə sarıkök, istiot, zəncəfil qata bilərsiniz. Bunlar immunitet sisteminizi gücləndirəcək ədviyyatlardır. Yeməklərə və ya qatığın içərisinə qataraq yeyə bilərsiniz.
Koronanın aktiv olduğu müddətdə ayaqda qalmaq, hərəkət etmək vacib işlərdəndir. Çünki bədən hərəkətsiz qaldıqca gücdən düşər. Bununla yanaşı ağır bədən hərəkətlərindən də qaçınılmalıdır.
Meyvələrin istifadəsi mühümdür. Mövsümi meyvələrdən istifadə etmək bədənə daha güc verər. Nəzərə alın ki, yay, meyvələrin bol olduğu fəsildir.
Maksimum dərəcədə qatqısız qidalardan istifadə etməyə, şəkərdən uzaq durmağa diqqət edin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1