Dil:
Azərbaycanca
Körpələrdə ən çox rastlanan səpkilər
25 May 2020 10752Yeni doğulan gündən uşaqlarda müxtəlif dəri problemləri müşahidə edilə bilər. Türkiyəli pediatr Perihan Çobanoğlu Saf ən çox görülən xəstəliklər barədə məlumat verib:
“Bu problemlərdən biri monqol ləkəsidir. Daha çox beldən aşağıya doğru uzanan nahiyədə özünü göstərir. Anaları narahat edən bu problem əslində qorxulacaq hal deyil. Monqol ləkəsinin nə üçün meydana gəldiyi dəqiq bilinmir. Doğuşla bərabər görülən bu ləkə ən az 5-6 sm və göy rənglidir. 2 yaşdan sonra adətən yoxa çıxır”.
Bu ləkələrdən daha biri isə milia adlanır. Bu barədə həkim məlumat verib:
“Körpələrin üz nahiyəsində ortaya çıxan milia ləkəsi, iynə başlığı böyüklüyündə olan qabartıdır. Yanlış qidalanma və ya genetika ilə bağlı ola bilər. Parıldayan və sıxıntı yaratmayan bu ləkələr ziyansızdır və 1-2 həftəyə aradan qalxır”.
Doğuşdan sonra uşaq dərisinin üzərində ortaya çıxan qırmızı bir ləkə, bir çox ailəni narahat edən problemdir. Narahat edən suallardan biri isə ləkənin yerinin qalıb-qalmadığıdır. Həkim bu sualı belə cavablandırıb:
“Adətən göz qapağı, burun deşikləri, dodaq üstü, qaşların arasında görülən hemangiomaların qalıcı ola bilmə ehtimalı insanları narahat edir. Xalq arasında buna doğuş ləkəsi də deyilir. Açıq qırmızı 1-2 sm-dən 5-6 sm-ə qədər uzanan bu səpkilər adətən qabarıq olmur. Ağlayan zaman bu ləkə daha da qabarıq hala gələ bilər.4-5 ayından 1-1,5 yaşına qədər böyüyə bilər. Daha sonra isə kiçilməyə başlayır. Adətən 4-5 yaşında yoxa çıxır. Rəngi çox qabarıq olmayanlar 1-2 yaş arası öz-özlüyündən yoxa çıxır”.
Yayılan səpkilərin digər növü isə seborein dermatitdir. Adətən göz,qulaq arxasında və ilk üç ayda görülür. Çox zaman keçib gedir. Həkim, bəzi hallarda isə belə vəziyyətin kremə ehtiyacı olduğunu nəzərə çatdırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1