Dil:
Azərbaycanca
Körpələrin göbəyi xəstəlik səbəbi ola bilər
29 Mart 2018 13284Körpələrin doğuşdan sonra göbək qulluğu çox mühümdür.
Göbək – körpə üçün ən vacib xəstəlik səbəbidir.
Yeni doğulan uşaqlarda göbək bağının son dərəcə həssas olduğunu bildirən türkiyəli pediatr Özkiraz, doğuşdan sonra göbəyin dərhal qurumadığı təqdirdə müxtəlif mikroplara yoluxa biləcəyini qeyd edib. Normal olaraq göbək bağı doğuşdan etibarən 5 ilə 15 gün arasında düşər və geridə buraxdığı yaranın tamamilə qapanması 2-3 həftəni tutar.
Göbək bağının anadan uşağa, uşaqdan Anaya qan götürüb qida daşıyan damarlar olduğunu söyləyən Özkiraz, bağ ilə damarların da kəsildiyini vurğulayıb.
Göbəyin xaricdən qapanmış kimi görünməyinə baxmayaraq bu damarın ağzı incə bir zərlə örtülü olur və xaricdən gələn təhlükələrə qarşı qorunmasız vəziyyətdə olur.
Damarların daxili tamamilə qapanmış olmur.
Mütəxəssislər bu vasitə ilə mikroblara yoluxmağın sonda daha ağır xəstəliklər yarada biləcəyini bildiriblər. Göbək bağının qulluğu pambıq və su ilə edilməlidir.
Hansısa qatqıdan istifadə edilmiş nəmli salfetlərdən istifadə qadağandır.
Göbək dəliyi və ətrafı diqqətlə təmizlənməlidir. Yaranın daha tez sağalması üçün isə bu nahiyə hava ilə təmas saxlaya bilməlidir.
Həmçinin uşağın bezi dəyişdirilən zaman 5-6 dəqiqə kimi uşaq hava qəbul etməlidir.
Taxacağınız pampersin göbəklə təmasının qarşısını mütləq almaq gərəklidir.
Göbəyi xaricə çıxmış körpələrdə isə qəti surətdə içəri basmaq və ya qəpik qoymaq kimi köhnə və yanlış vasitələrdən istifadə edilməməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1