Dil:
Azərbaycanca
İnadlaşmaq xəstəlikdir? – Mütəxəssislər xəbərdarlıq edir
08 May 2018 6541İnadlaşmaq xəstəlik əlaməti ola bilər.
Bu barədə mütəxəssislər açıqlama veriblər. “Pataloji qadın” adlı xəstəlik ola biləcəyinə diqqət çəkən araşdırmaçılar xəstəliyin yaranma səbəbi kimi ailə münasibətlərinin təsirini vurğulayıblar.
Türkiyəli uzman psixoloq Leyla Arslan, uşaqlardakı inadlaşmanın müəyyən ölçülərdə qəbul edilə biləcəyini bildirib. Ancaq bu vəziyyətin pataloji inad ilə qarışdırılmamasını nəzərə çatdırıb.
Bu xəstəlik, uşağın valideynin hər dediyini tərsinə etməsi ilə başlayır. Əgər uşaq etdiyi hər hərəkət üçün mükafatlanırsa, etmədiyi zaman bir şey əldə etmirsə, bu zaman öz-özündən nəisə etməz.
Həmçinin öz-özlüyündən nəisə etməkdən imtina edirlər və tərsini tətbiq edirlər.
Diqqət əksikliyi müalicə olunmadığı zaman qarşı gəlmə davranışı yaranır.
Uşaqlar arasında səbrlə otura bilməmək, çox ağlamaq, danışmadan hərəkətə başlamaq kimi göstəricilər əlamətlər sırasına daxil edilir.
Əgər müalicə olunmasa yeniyetməlik dövründə daha böyük problemlər yarana bilər.
Psixoloqun sözünə görə, əgər bu davranışa sadəcə adi inadlaşmaq kimi baxılarsa bu zaman getdikcə valideyn ilə uşaqlar arasında münasibət çətinləşər.
Patoloji inadlaşma adətən valideynlərin münasibətlərindən qaynaqlanır. Uşağa göstərilməyən sevgi, diqqət əksikliyi, həddindən çox qayğı kimi faktorlar bu problemə yol açır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1