Dil:
Azərbaycanca
Çox su içmək öldürə bilər
03 Yanvar 2019 19655Su orqanizm üçün ən faydalı içki sayılır. Ancaq mayenin həddindən artıq qəbul olunması orqanizmdə bir sıra ciddi problemlərə, hətta ölümə səbəb ola bilər. Bəzi hallarda çox miqdarda mayenin qəbulu normaldır. İnsan idmanla məşğul olursa və ya işi həddindən artıq fiziki aktivliklə bağlıdırsa, bu zaman gün ərzində 0.5-1 litr artıq su içməyin heç bir problem yoxdur.
Sudan çox istifadə həyat üçün təhlükəli problemlər yarada bilər. bol miqdarda su içmək orqanizmdən duzun intensiv yuyulub çıxarılması ehtimalını artırır. Bu maddə isə bir çox həyati əhəmiyyəti olan proseslərin tənzimlənməsində iştirak edir. Bundan başqa, baş-beyin toxumalarının şişmə riski artır. Bu cür pozuntular qıcolma, şüur pozulması və ya komatoz vəziyyət yarada bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1