Dil:
Azərbaycanca
Gözlərdə çəplik problemi
16 Avqust 2020 9413Gözlərdəki çəplik adətən hər hansı bir baxış istiqamətində iki gözün görmə funksiyalarında paralelliyin pozulması nəticəsində meydana gəlir. Çəpgözlüyün müalicəsi, görmə kəskinliyinin artırılması, əgər varsa anormal baş pozisiyasının, ikili görmənin düzəldilməsi, sərbəst göz hərəkətlərinin təmin edilməsi və kosmetik effekt əldə edilməsi məqsədi daşıyır.
Göz çəpliyini aradan qaldırmaq üçün ilk öncə refraktiv qüsur düzəldilməlidir, əgər göz tənbəlliyi varsa müalicə olunmalıdır, göz məşqələləri tətbiq olunmalı, ehtiyac duyulduqda isə cərrahi müalicə edilməlidir.
Çəpgözlüyün səbəbləri müxtəlif ola bilər. Bəzən isə irsiyyətlə əlaqəli olur. Bu səbəbdən yaxşıca araşdırılmalıdır.
Gözün zədəsi zamanı, cərrahi müalicə olunmamış mirvari suyu, kəllə-beyin zədələri və beyin qan dövranının pozulması zamanı paralitik çəpgözlük əmələ gələ bilər. Bu, bir çox hallarda, çəpləşən gözün zəif görməsi ilə əlaqədar olur. Uşaq yaşlarında olunan müayinə və düzgün müalicə ilə gözün zəif görməsi korreksiya edilir. Bundan sonra isə çəplik azala və ya tamamilə yoxa çıxa bilər.
Uşaqlarda cərrahi əməliyyat mümkün qədər tez edilməlidir. 6 yaşa qədər icra edilməsi tövsiyə olunur. Əks təqdirdə, o gözdə bu və ya digər dərəcədə ambliopiya daha da dərinləşəcək. Bundan sonra isə cərrahi əməliyyatın müalicəvi effekti olmayacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1