Dil:
Azərbaycanca
Fındığın faydaları və zərərləri nədir?
10 May 2020 37155Fındıq, qida dəyəri yüksək olan, vitamin və minerallarla zəngin yeyəcək növüdür.
Bəs faydaları nədir?
Qansızlığa faydalıdır
İmmuniteti gücləndirir
Sümükləri bərkidir
Çox bilinməsə də arıqladıcı təsirə malikdir. Piylənmə çox yayılan xəstəlikdir. Bu səbəbdən bir çox diyeta proqramlarında fındıqdan istifadə edilir.
Tərkibində ürək sağlamlığı üçün bir çox vitamin mövcuddur.
Xolesterini aşağı salır. Lif qaynağıdır.
Altsheymer xəstəliyinə qarşı qoruyur.
Təbii antioksidantdır. Prostat, süd vəzi kimi xərçəng riskini azaldır.
Dərini gözəlləşdirən xüsusiyyəti vardır. E və C vitamini ilə zəngindir. Dərinizə parlaqlıq, canlılıq qazandırır.
Hamiləlik zamanı da faydaları mövcuddur. Həkimlər tərəfindən çoxlu fındıq yemək tövsiyə edilir. Tərkibindəki kalsium və maqnezium sayəsində bel və əzələ ağrılarının qarşısını alır.
Zehni yorğunluğu azaldar.
Bəs fındığın qida dəyəri nədir?
25 fındıq təxminən 150 kaloridir.
Protein və lif qaynağıdır. 100 qram fındıqda 15 qram protein mövcuddur.
Sümük sağlamlığına müsbət təsir göstərən kalsium, maqnezium, K vitamini ilə zəngindir.
Potasium və selenium qaynağıdır.
Fındığın zərərləri mövcuddur?
Yağ, qida dəyəri cəhətdən zəngin olduğundan hər gün 1 ovucdan çox yeyilməsi artıq çəkiyə yol aça bilər. Bu səbəbdən yüksək təzyiq xəstələrinin gündə bir ovucdan artıq yeməsi tövsiyə edilmir. Həddindən çox istifadə edildiyində ishal, mədə bulantısı kimi problemlərə yol aça bilər.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1