Dil:
Azərbaycanca
Epilepsiya xəstəliyi və koronavirus
19 İyul 2020 8092Koronavirus hər keçən gün şiddətlənməyə və yoluxanların sayını artırmağa davam edir.
Son zamanlar xəstəlik mutasiyaya uğrayıb desək yanılmarıq. Çünki əlamətləri əvvəlki kimi olmaya bilir. Belə ki, əvvəl əsas göstərici quru öskürəkdirsə hazırda sümük ağrısı, halsızlıq da ola bilər.
Əsas əlamətlər hansılardır?
Quru öskürək
Boğulma
Halsızlıq, yorğunluq
Yüksək qızdırma
Əgər bu əlamətlərdən bir və ya bir neçəsini hiss etsəniz mütləq həkimə müraciət etməlisiniz. Buna səbəb isə xəstəliyin diaqnozu erkən qoyulduğu zaman müalicəsi də daha asan və effektiv olar.
Bəs koronavirus epilepsiya xəstələrinə necə təsir edir?
Koronavirusun yol açdığı Covid-19 virusu epilepsiya xəstələrinə də mənfi təsir göstərir. Xüsusilə də bu xəstəlik üçün olan dərmanlar ilə koronavirus dərmanlarının qarışması orqanizm üçün təhlükəli ola bilər. Belə ki bu səbəbdən krizlər arta bilər. Epilepsiya xəstəliyi koronavirus bəlasına yoluxmaq riskini artırmaz. Xəstəliyin immunitet sistemini aşağı saldığına dair faktlar əldə edilməyib. Belə ki, epilepsiya tutmaları koronavirusun əlaməti hesab edilmir. Ancaq bu xəstəliyə tutulan şəxs qızdırmalıykən tutmaların şiddəti arta bilər.
Epilepsiya xəstələri məcbur olmadıqca xəstəxanaya getməmələri tövsiyə edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1