Dil:
Azərbaycanca
Bu emosiya həm yaşadır, həm də öldürür
08 Oktyabr 2018 8412İnsanlar həm müsbət, həm də mən emosiyalar keçirmək xüsusiyyətinə malikdirlər. Pozitiv insan həyatını uzatdığı təqdirdə, neqativ onu məhv edə bilər. Belə hisslərdən biri də - qəzəbdir.
Bu hissi hər kəs gündə ən azı bir dəfə keçirir, bəziləri isə daha çox. Bütün mənfi emosiyalar isə ürək-damar sistemi və digər orqanların xəstəliklərinə gətitib çıxara bilir.
Bu istiqamətdə psixiatr Cozef Şrand ciddi araşdırmalar aparıb. Onun “Qəzəbi aldadaraq” əsərində qəzəb hissi zamanı düzgün davranış - onun necə idarə olunmasına dair bir növ təlimat hazırlanıb. Bu, psixologiyada əsas istiqamətlərdən biri hesab olunur. Yeri gəlmişkən, sən demə, qəzəbin yaratdığı ziyanlar tütün istifadəsinin yetirdiyi ziyanlardan heç də az deyil.
Şrandın sözlərinə görə, insan qəzəb hissi olmadan yaşaya bilməz, çünki insan məhz müsbət və mənfi emosiyaların sayəsində formalaşır, mübarizə aparmağı öyrənir. Biz hər şeyə qəzəblənə bilərik - yuxusuzluğa, ətrafdakıların davranışına, küçədə itin hürməsinə və s. Bizə elə gəlir ki, qəzəbimiz situasiyanı dəyişə bilər və istədiyimiz kimi hərəkət edə bilərik.
Tibbi araşdırmalara görə, müəyyən edilib ki, tez-tez qəzəblənən və qışqıran insanlar ürək xəstəliklərinə daha meyillidirlər. Lakin belə bir nəzəriyyə də var: əgər adam lazımı yerdə mənfi emosiaları qəzəb vasitəsilə özündən uzaqlaşdıra bilərsə, o, infarkt və ya insultdan uzaq olar. Çünki emosiyaların bu şəkildə xaric olunması adrenalini artırır və bunun sayəsində qan damarlarda daha sürətlə hərəkət edir.
Nüfuzlu beynəlxalq jurnallarının biri yazır ki, əgər insan qəzəbini idarə edə bilmirsə, xəstəliklərə daha meyilli olur.
Daha bir sensasiyalı kəşf sübut edib ki, qəzəb və kişi sağlamlığı arasında birbaşa əlaqə var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1