Dil:
Azərbaycanca
İsti havalar koronavirusu məhv edəcəkmi? - Açıqlama
21 Mart 2020 10652Dünyanı qorxusuyla birlikdə ələ alan koronovirus xəstəliyinin yaz-yay fəsillərində təsirinin azalıb-azalmayacağı maraq mövzusudur.
Xəstəliyin isti havalarda tamamilə azalacağını bildirsələr də bu barədə bütün fikirlər eynimənalı deyil.
Bu suala Türkiyənin İnfeksiya Dərnəyinin rəhbəri professor Alpay Azap açıqlama gətirib:
“Havaların isinməsi ilə xəstəliyin bitməsini gözləmirik, ancaq buna baxmayaraq təsir gücünün azalacağını zənn edirik. Çünki hava isti olanda virusun canlı qalma müddəti azalır. Həmçinin yoluxma dərəcəsi də azalır. Hava-damcı yolu ilə yoluxan viruslar qapalı ortamda daha çox təhlükəlidir. SARS virusu kimi tamamilə keçməsini gözləmirik”.
Bu mövzu ilə əlaqədar Çində səhiyyə sahəsində yaradılan komissiyanın üzvü, koronavirusu araşdırmaq üçün təşkil edilən qrupun rəhbəri Zhong Nanshan isə xəstəliyin ən az iyun ayınadək davam edəcəyini bəyan edib.
Onun sözlərinə görə bu müddətdə xəstəlik daha da kəskin formaya düşə və ölüm sayları arta bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1