Dil:
Azərbaycanca
Qoz suyunun bilmədiyiniz faydaları
21 Mart 2020 13572
Qoz, C, B12, E, K, A vitaminləri ilə zəngin olan qidadır. Qoz suyunda həmçinin kalsium, dəmir, maqnezium, fosfor, potasium, sink, selenium kimi minerallar bol miqdardadır.
Bəs qozlu su içməyin faydaları nədir?
Xolestrini aşağı salır.
Qəbizliyi aradan qaldırır və arıqlamağa kömək edir.
Menstruasiya ağrılarından əziyyət çəkən xanımlar üçün şəfalı içkidir. Bu mərhələni daha asan keçirmənizə yardım edər.
Südverən analar və ya hamilələr üçün də bu suyun əhəmiyyəti çox böyükdür. Hamiləlik dövründə artıq çəkinin qarşısını alır. Əmizdirən analar qozlu suyu içərsə qozun tərkibindəki vitaminlər uşağa da keçmiş olur. Bununla uşağa lazım olan vitaminlər təbii yolla alınmış olar.
Tərkibindəki vitaminlər beyindəki funksiyaları gücləndirir. Beləliklə irəlidə yaşana biləcək bəzi xəstəliklərin risk payını azalda bilərsiniz.
Maddələr mübadiləsini sürətləndirir. Bunun üçün də bir çox pəhriz proqramlarına qoz suyu daxil edilir.
Tiroid dəyərlərini nizamlayır. Əgər normadan aşağı və yüksək tiroid probleminiz varsa rahatlıqla qoz suyu içə bilərsiniz.
Dərini yumşaldır, sıxlaşdırır və daha sağlam görünüş bəxş edir. Sızanaq kimi dəri problemləri zamanı da istifadə etmək mümkündür.
Dırnaqların və saçların güclənməsi üçün qulluq vasitəsi olaraq istifadə edə bilərsiniz.
Yuxu problemi çəkənlər üçün də vacib içki növüdür. Sakitləşdirici təsiri var. Yorğunluq, gərginlik, halsızlıq problemlərini azaldır.
Qan şəkərini tənzimləyir və sürətləndirir. Özünüzü daha enerjili hiss edə bilərsiniz.
Bəs necə hazırlanır?
Bir stəkan isti suyun içərisinə bütöv qozu qoyub bir gecə gözlədin. Səhərisi gün istifadə edə bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1