Dil:
Azərbaycanca
Bir həftə pomidor yeməyin faydaları
22 May 2018 7948Güclü antioksidan olaraq bilinən pomidorun daha effektiv olması üçün bişirərək yeyilməsi tövsiyə edilir.
A, C, K və B6 vitaminləri ilə zəngindir. Vücudunuzun ehtiyac duyduğu folik asid, tiamin, maqnezium, fosfor, potasiumu pomidorla qarşılaya bilərsiniz.
Ürəyi qoruyur. Qan təzyiqini normallaşdırır. Qandakı təhlükəli hesab edilən trigliserid səviyyəsini aşağı salır.
Siqaret dumanının mənfi zərərlərindən qoruyur. Dumanda mövcud olan və xənrçəng yaradan nitrosaminlər ilə mübarizə aparmaq gücünə təsir göstərən pomidoru mütəmadi olaraq istifadə etməyiniz tövsiyə edilir.
Həzmi yaxşılaşdırır.
Tərkibində bol miqdarda lif var. Bu da həzm əzələlərinin daha yaxşı fəaliyyət göstərməsinə təsir göstərir.
Qadınlarda yarana biləcək infeksiyaların qarşısını alır. Bunun üçün çoxlu pomidor suyu içməyiniz yetərli olacaq.
Tərkibində olan A vitamini göz sağlamlığını qoruyur. Xüsusilə sarı nöqtə xəstəliyi olan xəstələr pomidordan daha çox istifadə etməlidirlər.
Dərini yaxşılaşdırır. Daha parlaq və canlı edir.
Həmçinin günəş yanıqlarından qorunmaq üçün effektiv vasitədir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1