Dil:
Azərbaycanca
Alkoholizmin səbəbi — xoşbəxtlikdir
30 Noyabr 2018 7342İnsan həyatı üçün təhlükəli olan ən pis vərdişlərdən biri — alkoholizmdir. O, pis vərdişlər sırasında yuxarı pillələrdən birini tutur. Bu səbəbdən minlərlə insanın taleyini həlak edən alholizmdən yazmağı özümüzə borc bildik.
Alkoholizmin yaranma səbəbləri kimi, bir çox nəzəriyyələr irəli sürülür. Buraya genetik faktorları, psixoloji, sosial amilləri və s. aid edirlər.
Lakin Fransa, ABŞ və Rusiya alimləri apardıqları tədqiqatların sayəsində başqa bir nəticəyə gəliblər. Onların fikrincə, alkoholizmi yaradan başlıca səbəblərdən biri xoşbəxtlik hormonu olan dofamin ifrazının pozulmasıdır.
Onlar müəyyənləşdiriblər ki, alkoholun parçaladığı maddələr beyində və böyrəküstü vəzilərdə dofamin ifrazını pozur. Amma spirtli içkinin biləvasitə istifadəsi zamanı dofamin sıçrayışı baş verir. Alkohol sanki, insanla “oynayır” - içəndə xoşbəxt və sevincli, içməyəndə isə qəm-qüssəli edir.
Biokimyanın məhz bu mexanizmi spirtli içkiyə bağlılıq yaradır. Alkoholizmə meyilli insanlarda ağır depressiyaların səbəbi də elə budur.
Dofamin sıçrayışı sinir sisteminə təsir göstərərək, insanda sevinc hissi yaradır və onu səbrsizliklə növbəti içki dozasını gözləməyə vadar edir.
Alimlər qeyd edirlər ki, bu tədqiqat alkoholizmin müalicəsi üçün yeni imkanlar açacaq - dofamin balansının bərpa olunnması insanın kənar stimullara adekavat reaksiya verməsinə şərait yaradacaq və onun asılılqdan tezliklə azad olmasına kömək edəcəck.
Bundan əvvəl isə mütəxəssislər “KLB” genini kəşf etmiş və onu alkoholizm geni adlandırmışdılar. O, alkohol “iştahının” əsas tənzimləyicisi hesab olunur. DNT-nin bu hissəsi insanın spirtli içki qəbul etmək imkanını, eləcə də, buna nə dərəcədə meyilli olduğunu göstərir.
Bəs siz nə qədər alkohol qəbul edə bilirsiniz? Amma, düzünü deyin)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1