Dil:
Azərbaycanca
İnfarkt anında nə edilməli?
01 Mart 2018 13918İnfarkt sinədə ağrı, yanma şəkildə başlayıb sol qola və sərçə barmağına doğru təsir edərək boyun bölgəsinə doğru yayılır. Soyuq tərləmələr başlayır. Bəzən infarkt çox ani və şiddətli əlamətlərlə başlayır və asanlıqla diaqnoz qoyula bilər. Ancaq bəzi insanlarda narahatçılıqla başlayır.
Türkiyəli kardioloq Cegerğun Polat bu barədə vacib məlumatlardan bəhs edib. Onun sözlərinə görə, sinədə ağrı, yanma hissi, həzmsizlik, nəfəs darlığı, solğunluq, tərləmək infarktın əlamətləridir:
“İnfarktın dörddə birinin hansısa əlamət göstərmədən ortaya çıxa bilər. İnfarkta bənzəyən şikayətlərə də diqqət göstərmək lazımdır”.
Diqqət edilməlidir ki, ağrı hərəkət etməklə artır, istirahət zamanı azalmaz və yarım saatdan uzun çəkər. Ağrı ilə birlikdə soyuq tərləmə və mədə bulantısı başlayır. Bəzi insanlarda bu əlamətlər çox gizli gedə bilər.
Xüsusilə də yaşlı, diabet xəstələri heç ağrı hiss etməyə bilərlər. Sadəcə nəfəs darlığı, soyuq tərləmə şikayətləri ilə infarkt keçirə bilərlər.
Həkim, kriz anının çox vacib olduğunu bildirib.
“Ən qısa zamanda mütləq xəstəxanaya çatdırılmalıdır. Xəstə, öz başına hərəkət etməməli, nərdivan çıxmamalıdır. Çünki ani hərəkət oksigensiz qalan ürəyin, oksigen tələbi daha arta bilər. Bu səbəbdən kriz keçirən insana dərhal müdaxilə edilməlidir. Ağrıları hiss etdiyiniz anda dərhal olduğunuz yerdə oturmalı, dincəlməlisiniz. Ayaqda durmaq olmaz”,-deyə Polat bildirib.
- Köynəyin yaxası dərhal açılmalı
- Xəstə sərinlənməli
- Aspirin dərmanını çiynəmək gərəklidir(300 qr)
- Təcili tibbi yardım çağırmaq
Mütəxəssis ev şəraitində dərhal bunun edilə biləcəyini vurğulayıb: “Baş dönməsi və ya ürək getmə kimi şikayətlər varsa qüvvətli şəkildə öskürməlisiniz. Bu ürək döyüntüsünü artıracaqdır. Əgər ətrafınızda kimsə bu mövzuda təcrübəli deyilsə müdaxilə etməyinə icazə verməyin. Pəncərə və qapılar dərhal açılmalıdır. Oksigen alımı artırılmalıdır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1