Dil:
Azərbaycanca
Süni rəngləndirici qidalar uşaqlarda əqli gerilik yaradır
23 Fevral 2018 13001Süni rəngləndirici qidalar uşaqlarda əqli inkişafı ləngidir. Bu barədə türkiyəli pediatr Hatice Balaban məlumat verib. Onun sözlərinə görə, belə qidalar çox zərərlidir:
“Uşaqlara verilən zərərli qidaların əvvəlində süni rəngləndirici qidalar durur. Əqli inkişafı 7-10 faiz qədər gerilədir. Hüceyrələrin funksiya pozğunluqlarına səbəb olur”.
Mütəxəssis həmçinin uşaqlarda belə qidaların depressiya yaratdığını bildirib:
“Süni rəngləndiricilər azyaşlılarda diqqət əksikliyi, hiperaktivliyə səbəb olur. Diqqət əksikliyi varsa zəkanız nə qədər yaxşı olsa da təhsil və ətraf mühitlə bunu inkişaf etdirmədiyiniz müddətcə mənfi təsir göstərər. Bununla yanaşı kimyəvi maddələr uşaqlarda səbəbsiz depssiya yaradır. Əgər bu hal müşahidə edilirsə, yenə də bu onların bütün həyatına təsir göstərər”.
Qeyd edək ki, belə qidalar allergiya da yarada bilər. Həmçinin azyaşlılarda artıq çəki, piylənmə, maddələr mübadiləsinin pozulması, beynin düzgün çalışmaması, iştahın yersiz artması və ya tamamilə kəsilməsi də müşahidə edilə bilər ki, bu da onlar üçün heç də faydalı deyil.
Uşaqlıq zamanı meydana çıxan bu problem böyüdükcə artaraq gələcək həyatına mənfi təsir göstərəcək.
Pediatr valideynlərə tövsiyə edərək bildirib ki, uşaqlara qoruyucu maddə istifadə etmədən öz rəngdə olan qidalar verilməli, təbii hazırlanmalı, qidalanma tənzimlənməli, karbohidrat, minerallar, proteinlər bərabər şəkildə verilməlidir.
Nəzərinizə çatdıraq ki, uşaqlar valideyn sevgisini az hiss etdiyi zamanlarda da belə qidalara üstünlük verirlər. Ancaq bol sevgi onların həm qidalanmalarına, həm də əqli inkişaflarına müsbət təsir göstərəcək. Bununla yanaşı uşaqlarda əqli geriliyə dəmir əksikliyi də səbəb olur. Bu zaman bədəndə dəmir əksikliyini bərpa etmək əsas məsələdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1