Dil:
Azərbaycanca
Çətin xəstəlikləri müalicə edən yeni antibiotik kəşf edilib
19 Fevral 2018 15406Elm adamları torpağın tərkibində kəşf edillən yeni antibiotikin müalicə edilməyən xəstəlikləri sağalda biləcəyini qeyd ediblər.
Elm adamları çətin xəstəliklərlə mübarizə zamanı istifadə edilə biləcək yeni antibiotik kəşf ediblər. Aparılan testlər, melasidin adlandırılan yeni antibiotiklərin digərləri ilə müqayisədə daha çox bakteriyaları öldürdüyünü sübut edib. Belə ki, antibiotik istifadəsi zamanı məhv olmayan bakteriya, mikroblar yeni antibiotik növü vasitəsilə yox olacaq.
Mütəxəssislər, “Nature Mikrobiology” adlı elmi nəşrdə yer alan yeni kəşfin bir çox xəstələrə ümid ola biləcəyi qeyd edilib.
Həmçinin bəzi mikrobların ölmədiyi üçün ildə 700 min insanın da həyatını itirdiyi bildirilib.
Bir qrup araşdırmaçılar Amerikada götürülən torpaq üzərində analizlər aparıblar. Bir çox araşdırmadan sonra malasidini tapan mütəxəssislər, tibb sahəsində böyük yeniliyə imza atdıqlarını vurğulayıblar. Həmçinin siçanlar üzərində də təcrübələr aparılıb. Nəticədə isə bu antibiotiklərin dəridəki infeksiyaları məhv etdiyi müşahidə edilib.
Hazırda mütəxəssislər, dərmanın təsir gücünü artırmağa və insanlar arasında rahatlıqla istifadə edilə biləcək vəziyyətə gətirməyə çalışırlar. Bununla bağlı mütəxəssis Brady açıqlama verib:
“Malasidin kimi antibitoklərin klinikalarda necə istifadə ediləcəyi və bunun təsirlərini bilmək, demək indidən çox çətindir. Təbii ki, bunun adi dərman kimi istifadə edilə biləcək hala gətirmək uzun zaman ala bilər”.
İngiltərə Antibiotik Araşdırma Qurumundan professor Colin Garner, yeni tapılan antibiotikin yaxşı xəbər olduğunu, ancaq, ən təcili ehtiyaclar zamanı onun buna cavab vermədiyini vurğulayıb:
“Narahatçılığımız müalicəsi çətin və inadkar neqativ bakteriyalardır. Bu bakteriyalar sətəlcəmə, qanda, sidikdə infeksiyalara yol açır. Təəssüf ki, bu cür bakteriyaları müalicə etmək üçün yeni antibiotiklər gərəklidir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1