Dil:
Azərbaycanca
Dil xərçəngi nədir?
26 Fevral 2018 24959Dil ağız içərisində ən çox müşahidə edilən xərçəng növləri arasında yer alır. Bəzən dil xərçənginin ilkin əlamətlərinə diqqət yetirilmədiyi üçün səhhətdə ciddi problemlər yarada bilir. Bu növ vücudda sürətlə yayılır.
- Ağız dabanı, dil altı;
- Diş əti, çənə sümüyü;
- Yanaq;
- Damaqlar;
- Dodaq.
- Dildə qırmızı, ağ ləkələrin olması və bunların zaman daxilində böyüməsi və qabarıq halda olması,
- Yemək yeyən zaman diş ətlərinizdə anidən qanama
- Çeynəmə və udqunmada çətinlik yaranarsa
- Dildə yaraların çıxması
- Qulaqlara qədər vuran şiddətli boğaz ağrısı
- Nəfəsin pis gəlməsi
- Bu əlamətlər müşahidə edilərsə dərhal həkimə müraciət edilməlidir.
Vücudda yaranan xoşxassəli şişlər adətən yavaş inkişaf edən, digər orqanlara sıçrama verməyən şiş növüdür. Bədxassəlilər isə sürətlə böyüyür (hətta həftələr daxilində ola bilər). Ətraf nahiyyələri işğal edir. Ətraf orqanlara sıçrayır. Müalicə edilmədikdə isə həyat üçün təhdiddir.
- Siqaret, tütün məhsullarının istifadəsi
- Spirtli içkidən həddindən çox istifadə
- Ağız üçün düzgün olmayan diş protezləri
Adətən 30 yaşdan yuxarı insanlarda müşahidə edilir. Nadirən də olsa uşaqlarda və gənclərdə də müşahidə edilə bilər.
Əgər dil üstü və ya altında rəng dəyişimi, ağrıları 2-3 həftədən artıq müşahidə edilirsə təcili həkimə müraciət edilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1