Dil:
Azərbaycanca
Bel yırtığı nədir?
26 Fevral 2018 16346Son zamanlar tez-tez qarşılaşdığımız xəstəliklərdən biri də bel yırtığıdır. Bel yırtığının nə olduğunu anlamaq üçün öncə insanın öz vücudunu tanıması lazımdır.
Bel nahiyyəsində 5 onurğa var. Qığırdaq quruluşları var ki bunlara disk deyilir. Disklərin vəzifəsi onurğaların üst-üstə çıxmasını və bir-birinə sürtməsinin qarşısını almaqdır. Adətən onurğalar və disk daha çox ağırlığa məruz qalır. Təzyiq artdıqca disklərin içindəki maye çölə çıxmağa başlayır. Maye də azaldığı zaman diskin quruluşu pozulur, genişlənir. Beləliklə də bel yırtığı yaranır.
Bel yırtığı adətən 30-60 yaş arasındakı insanlarda daha çox müşahidə edilir. Ancaq buna baxmayaraq hər yaşda da ortaya çıxmaq ehtimalı var.
Piylənmə – Artıq çəki ən çox rastlanan səbəblərdəndir. Bel onurğalarına daha çox yük düşür. Artıq çəki olan zaman onurğalar daha çox işləyir ki bu da fəsadlar törədir.
Hərəkətsizlik – Vücudun ağırlığını daşıyan sadəcə onurğa deyil. Onurğa boyunca uzanan bütün boyun, bel, bel əzələləri, qarın əzələlərinin də funksiyası çox vacibdir. Mütəmadi ayaqda duran və ya oturan insanlarda funksiyalar işləməyəcəyindən xəstəliyin yaranma ehtimalı var.
Ağır qaldırma – Xüsusilə ağırlıq qaldıran və ağır fiziki hərəkətləri edən insanlarda belə çox yük düşdüyündən bel yırtığının görülmə riski yüksəkdir.
Mütəmadi olaraq maşından istifadə etmək – Onuğaya yük gəldikcə disklərdəki maye çölə çıxar. Daima nəqliyyatı istifadə edərək titrəşimə məruz qalan insanlarda maye daha tez boşalır.
Ani və tərs hərəkətlər etmək – Tərs hərəkətlər bel yırtığına şərait yaradır. Bir anda əyilmək, ayaqlardan güc almayaraq ağırlıq qaldırmaq diklərdə pozulma yaradır ki bu da yırtığın yaranma müddətini artırır.
- Tək və ya hər iki ayağa vuran ağrılar
- Ayaqlarda uyuşmalar
- Hərəkət yetərsizliyi
- Oturan zaman çətinlik
- Bel yırtığı irəliləyərsə tez yorulma, çölə çıxmağı tutmamaq, yeriyə bilməmək kimi əlamətlər də yaranacaq.
Qeyd edək ki, dəqiq diaqnoz MRT vasitəsilə qoyulur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1