Dil:
Azərbaycanca
Çoxdan məlumdur ki, tibbi təhsili olmayan insan belə bəzən özünə diaqnoz qoya bilir. Insanın saçları, dırnaqlarının vəziyyəti səhhəti haqqında müəyyən məlumatlar verir.
Yaxın vaxtlarda alimlər belə qənaətə gəliblər ki, hətta tər iyi də hər hansı patologiyaya işarə edə bilər. Tər ifrazı termorequlyasiyaya cavabdehlik daşıyan vacib bir prosesdir.
İsti hava şəraitində yüngül tər ifrazı normal bir haldır. Lakin bəzən tər ifrazı sistemi üzərinə əlavə yük götürür, daha dəqiq desək, orqanizmdən şlakların çıxarılması üçün vasitəyə çevrilir.
Çoxlu miqdarda tər ifrazına adətən böyrək funksiyalarının pozulmalarında rast gəlinir. Lakin sağlam böyrəklər orqanizmdən heç vaxt xeyirli maddələri çıxarmır, tər isə həm “yaxşı”, həm də “pis” komponentləri xaric edə bilər.
Yapışqan tər – maddələr mübadiləsi pozuntusu əlamətidir və şiş yaranması riskini artırır. Bu şişlər əvvəlcə xoşxassəli olsa da, problem dərinləşdikcə şişlər bədxassəli forma da ala bilər.
Pis iyli tər iltihabi prosesə dəlalət edir. Bu əlamətə uzun müddət laqeyd münasibət göstərilərsə, onkoloji xəstəliklər yarada bilər. 19 yaşdan kiçik oğlan uşaqları istisnadır – bu hallar yetkinlik dövrünə qədəm qoyan orqanizmin hormonal dəyişikliyi ilə də əlaqədar ola bilər.
Çiyin nahiyəsində və alında soyuq tər ağ ciyər problemlərinə dəlalət edir.
Həyəcan zamanı çox miqdarda tər ifrazı əsəb sistemi probleminə işarədir və psixosomatik xəstəliklərə gətirib çıxara bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1