Dil:
Azərbaycanca
Dabanda yaranan çatların səbəbləri
03 Noyabr 2018 27350Dabanda əmələ gələn çatlar ilk növbədə pis görünüşə səbəb olur. Digər tərəfdən isə dabanlarında çatlar olan insanlar gələcəkdə bunun daha ciddi problemə yol açacağından ehtiyat edirlər.
Daban çatlarının müalicəsində birinci mərhələdə çatların səbəb olduğu ağrılar azaldılmalıdır. Bunun üçün ayaqlar ilıq su vannasında yumşaldıqdan sonra dabanlarda yığışmış keratin təbəqəsi təmizlənməlidir. Bundan sonra yumşaldıcı kremlər vurulur və bu müddətdə dabanların təzyiq altında qalmamasına diqqət olunur. Dərin daban çatlarının göbələk və bakteriyalar kimi müxtəlif mikrobların əmələ gəlməsi üçün şərait yaratdığı unudulmamalıdır. Yara halına gəlmiş dərin çatların üzərinə axşam yatarkən antibiotik tərkibli krem vurulmalı və hava keçməyəcək formada sarğı ilə bağlanıb yatılmalıdır, bu sağalma müddətini artırır. Vəziyyət daha kəskin hal aldıqda həkimə müraciət etmək mütləqdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1