Dil:
Azərbaycanca
Öd daşı xəstəliyinin əlamətləri
13 Sentyabr 2018 22118Qeyd edək ki, öd daşları hansısa şikayət yaratmaya və ömür boyu səssiz qala bilər. Bəzi daşlarda əməliyyat şərt olmaya da bilər. Bəzən isə yeməkdən sonra şişkinlik, qarının üst qismlərində ağrılar yarana bilər. Bu hal, qusma və bulantı da verə bilər.
Bəzən isə öd daşı uzunmüddətli bulantı, qusma, qızdırma öd kisəsi iltihabına səbəb ola bilər. İltihablanma ölümlə belə nəticələnə bilər.
Öd daşı öd kisəsində xərçəngə səbəb yaratması mümkündür. Həmçinin öd kisəsi, daşı öd yollarına salaraq iltihablanma yarada bilər.
Öd daşı xəstəliyi zamanı əməliyyata əsas çarə kimi baxılır.
Adətən bu, laparoskopik üsulla keçirilir. Xəstə isə əməliyyatdan 3 saat sonra qidalanmağa başlayır. 1 gecə isə xəstəxanada yatmağı tövsiyə edilir.
Qeyd edək ki, öd kisəsində yaranan daş öd yollarına düşdüyü zaman yolları tutduğundan öd kisəsi, onikibarmaq bağırsağa axa bilməz. Xüsusi əməliyyat vasitəsilə isə 10-15 dəqiqə ərzində öd yollarındakı daşlar götürülür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1