rinoplastika əməliyyatı nədir

Rinoplastika nədir?

16983
Müəllif: PhD. Dr. Səid Allahverdiyev

Paylaşıldı: 31.07.2017
Səid Allahverdiyev

Rinoplastika burun görünüşünü dəyişdirmək üçün icra olunan cərrahi əməliyyatdır. Məqsəd üz cizgilərinə uyğun,digər üzdə olan strukturlarla ahəng yaradan burun forması əldə etməkdir. Genetik və ya zədə nəticəsində yaranan burun deformasiyalarını aradan qaldırmaq mümkündür. Adətən rinoplastika zamanı eyni zamanda burun tənəffüsünü pozan çəpərdə olan əyriliklər də aradan qaldırılır, burun balıqqulaqlarının ölçüsü lazer vasitəsilə kiçildilir. Nəticədə xəstənin burun tənəffüsü bərpa edilərək, üzünə yaraşan burun forması düzəldilir. Burunda olan donqarlığın, yana əyriliklərin, burunda zədə və ya əməliyyat sonrası yaranmış çökmələrin, uc hissədə olan deformasiyanın, dəri altında olan nahamarlıqların aradan qaldırılması, burun qanadlarına forma verilməsi də rinoplastikaya daxildir.

Əməliyyat necə icra olunur?

Açıq və qapalı yolla aparılır. Ümumi narkozla, 1,5-2 saat arası çəkir.Əməliyyat bitdikdən sonra burun üzərinə termal external splintlər (gips əvəzi müasir materialdan), burun daxilinə isə silikon splintlər (tampon əvəzi) yerləşdirilir. Palataya köçürülərək 1 gün klinikada nəzarət üçün saxlanılır.

Reabilitasiya:
Göz ətrafına buz qoyulur, ödem əleyhinə dərmanlar təyin edilir. Əməliyyatdan 1 saat sonra maye, 3-4 saat sonra qida qəbuluna icazə verilir. 3-5 gün sonra daxili splintlər, 1 həftə sonra isə xarici splint və tikişlər çıxarılır. Təqribən 1 ay müddətində ödemin 70% keçir, qalan 30% isə 8 ay-1 ilə qədər yavaş-yavaş azalaraq yox olur.

Müasirlik:
İstifadə olunan materiallar – External splintlər (gips əvəzi), ödem və şişkinliyin minimal olması (piezo cihaz istifadəsi), narkozda müasir preparatların istifadəsi (Tez oyanmanı təmin edir, qusma olmur.)

Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.