Rəşad Abışov  hekimtap.az
estetik əməliyyatlarda  fəsadlar

Estetik əməliyyatlarda  fəsadlar

Müəllif: Üz-çənə cərrahı Rəşad Abışov
11139

Paylaşıldı: 22.12.2018
Rəşad Abışov

Estetik çənə əməliyyatı haqqında nə deyə bilərsiniz? 

"Estetik çənə əməliyyatı cərrahi stomatologiyanın ən çətin və məsuliyyətli sahələrindən biridir.Buna elmi dildə ortoqnatik cərrahiyyə  deyilir.Məqsəd rekonstruktiv əməliyyat vasitəsilə normal dişləm,çeynəmənin bərpa olunması və gözəl sifətin yaradılmasıdır.Əvvəllər bu əməliyyat çox primitiv yolla,xaricdən kəsilərək aparılırdı,bu zaman damarlar,sinirlər,əzələ kəsildiyindən sağalma da gec olurdu,dəridə çapıqlar qalırdı.İndi isə ağıziçi yolla dəqiq sefalometrik hesablama yolu ilə əməliyyat aparılır.

Bu əməliyyatlarla bağlı  müraciət edən pasientlərimizi narahat edən suallar bunlardır: Ən çox da zaman məsələsi, necə olacağı, hansı yaşda olacağı, hansı fəsadların gözlənildiyi və.s Bütün bunları dəqiqləşdirmək üçün birinci növbədə pasienti aşağıdakı ardıcıllıqla müayinə etmək lazımdır,. Çənə əməliyyatları üçün burun tənəffüsü mütləqdir. Birinci növbədə burun tənəffüsünü yoxlayıb, problem varsa onu aradan qaldırmaq lazımdır ki, sonra çənə əməliyyatları zamanı burun tənəffüsü onun üçün rahatlıq gətirə bilsin. Çünki pasient ağızla nəfəs ala bilməyəcək. Buna görə də, burun tənəffüsü ilə bağlı problemləri müayinə edib aradan qaldırmaq lazımdır. İkinci bir məsələ, çənə əməliyyatları üçün mütləq rentgoloji müayinə aparılır. 3 proyeksiyada rentgenlər çəkilir, onların üzərində hesablamalar aparılır, çənənin diaqnostik modeli, ölçüləri götürülür və fotoşəkillər çəkilir. Bu 3 müayinə metodunu birlikdə təhlil edib çənədəki qüsurlar barədə dəqiq nəticələr alınır. Alt çənə uzundurmu? Bəzən pasientə elə gəlir ki, alt çənəsi uzundur. Hesablamalar nəticəsində məlum olur ki alt çənə uzun deyilmiş, normal imiş, üst çənə inkişafdan qalıb. Üst çənə kiçik imiş. Üst çənəni əməliyyat edib düzəltsək alt çənəyə ehtiyac yox imiş. Əksinə də ola bilər. Bəzən hesablamalar nəticəsində aydın olur ki, hər iki çənənin də əməliyyata ehtiyacı var imiş. Alt çənə uzundur, üst çənə kiçikdir və ya əksinə. Belə olan halda hər iki çənədə əməliyyat aparılması vacib olur. Kiçik qüsurlar olan zaman onları komuflyaj(maskalanma) müalicə ilə qarşısını almaq olar. 5mm-dən yüksək olan qüsurlar artıq cərrahi müdaxilə nəticəsində aparılır. Bunun üçün hazırlıqlar aparılmalıdır. Birbaşa əməliyyat olmur. Bunun üçün rentgenoloji müayinələrin hesablamalarından sonra ortodontun- ( stomatoloq) tərəfindən dişlərin vəziyyəti təyin olunmalıdır. Çünki çənə əməliyyatından sonra dişlər bir-birinin üstünə qapanmalıdır. Bu qapanış yoxdursa, çənə əməliyyatının heç bir effekti olmur. Buna görə də ortodont tərəfindən müayinə olunur, bir qüsur varsa, dişlərdə problem varsa, həmin dişlər müalicə olunmalıdır. Diş əyrilikləri varsa, xüsusi breketlər vasitəsi ilə bu aradan qaldırılır. Bunun aradan qaldırılması 1 aydan 1 ilə, hətta 1 il yarıma qədər davam edə bilər. Bu hazırlıq aparılıb qurtarandan sonra isə diaqnostik model alınır. Həmin modeldə süni surətdə əməliyatı aparıb dişlərin qapanmasını yoxlayırıq. Bu normaldırsa, artıq pasient cərrahi əməliyyata hazırdır. Belə olan halda cərrahi əməliyyatı hazırlayıb, qan analizləri yoxlanılır, ürək müayinə olunur, digər vacib orqanlarda da problem varsa o da yoxlanılır, narkoz(anestezioloq) həkiminin müayinəsi aparılır və məsləhətlər nəzərə alınır. Bundan sonra cərrahi əməliyyata girmək olar. Bu əməliyyatlar bir çənədə olanda təxminən 2-2.5 saat, iki çənədə də olanda isə 4-6 saata qədər çəkə bilir. Əməliyyatlar sifətin tam konfiqurasiyasını dəyişir. Gözəl estetik bir nəticə əldə edilir. Əməliyyatın reablitasiya dövrü-sağalma dövrü bir ay çəkir. Bir aydan sonra pasient istədiyi qidanı yeyə bilir.   Bu əməliyyat sifətin görünüşünü estetik cəhətdən dəyişir."

"Burun əməliyyatlarında fəsadların baş verməsi nə ilə əlaqədardır?"

"Burun əməliyyatlarında bir çox fəsadlar baş verir. Estetik əməliyyatlardan sonra suallar meydana çıxır. Burunda niyə əyriliklər yarandı?, burundan niyə su gəlir?, burundan niyə çirk gəlir?, burun sümükləri çöküb, burunda deformasiyalar əmələ gəlib və.s Səbəblərini araşdıraq. Birincisi, səbəblərin 50%i həkimin işi ilə bağlıdır, ikinci 50% isə pasientin qorunma məsələləri ilə bağlıdır.

Əməliyyatı etməmişdən öncə pasienti müayinə etmək lazımdır.  Pasient əməliyyatdan öncə ətraflı müayinəsi nə üçün lazımdır. Çünki burun əməliyyatına qonşu olan digər orqanlarda olan fəsadlar həmin əməliyyatın nəticəsini korlaya bilər. Qonşu orqanlar dedikdə nəzərdə tutulur, burun boşluğu ilə əlaqədar olan orqanlar: Frontal,haymor,xəlbir,əsas ciblər- havalı borulu sinuslardır və iltihabi proses ola bilər.  . Bütün bu problemlər aydınlaşdırılıb diaqnoz qoyulmadan pasient əməliyyat olunursa, sonradan fəsadlar baş verir. Bu fəsadların baş verməməsi üçün mütləq şəkildə haymor boşluğunun rentgenoqramması və ya kompüter tomoqramması olunmalıdır və burun boşluğunun endoskopiyası olunmalıdır. Bu müayinələr, bizim diaqnozumuzu dəqiqləşdirir və  xəstədə hansı problemlərin ola biləcəyini aşkar edir. Daha sonra pasientin fotoşəkilləri çəkilir və onlar üzərində kompüterdə modelləşmə aparılır. Bunun səbəbi üzə yaraşan burunu hazırlamaqdır. Bununla burunun pasientə necə yaraşa biləcəyi dəqiqləşir. Dərzi parçanın üzərində ölç-biç işləri aparırsa, biz də kompyüterdə modelləşməni təyin edirik ki, əməliyyatdan sonrakı nəticəni yaxşı nəticə hesab edə bilək. Çünki, ola bilər ki, pasientin istədiyi bir burun nəticədə ona yaraşmasın. Həm də, bizim düzəltdiyimiz burun pasientin xoşuna gəlməyə bilər. Bu məsələdə anlaşılmazlıq olmasın deyə, fotomodelləşmə aparılır və pasientlə məsləhətləşmə aparılır. Nəyin xoşuna gəlib-gəlməməsi dəqiqləşir. Bu zaman əməliyyatdan effektli və gözəl nəticə almaq olar.. Diaqnozda çəpər əyriliyidirmi, adenoid varmı, selikli qişada iltihab varmı, allergik proseslər varmı, haymor boşluqları təmizdirmi, kista varmı, iltihabi proses varmı və.s kimi bütün bu sualların cavabını almadan həkim əməliyyata girməməlidir. Girərsə gələcəkdə müəyyən fəsadlar gözlənilir. Əgər bunlar aradan qaldırılmışsa, bütün suallara cavab verilmişsə, biz 50% qarantini əldə etmiş oluruq. İkinci bir məsələ əməliyyat zamanı olan səhvlərdir. Sapların keyfiyyətsizliyi, cərrahın təcrübəsizliyi və.s rol oynayır. Üçüncü məsələ də, pasient tərəfindən olan qorumalardır. Əməliyyatdan sonra həkimin tapşırdığı proseduralara diqqətlə əməl olunmalıdır. Bunlara əməl etməyəndə bir çox fəsadlar baş verir. Travmaların olması, xəstənin özünü soyuğa verməsi, burun damcılarının deyilən vaxtdan gec tökülməsi və s. fəsadlar əmələ gətirir. Ona görə də, pasient həkimin tapşırıqlarına ciddi şəkildə əməl etməlidir ki, gələcəkdə fəsadlar baş verməsin."

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az


Rəşad Abışov

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz