22 dekabr 1970-ci ildə Şirvan şəhərində doğulub.
1997-ci ildə Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirib.
1998-ci ildə ümumi cərrahiyyə üzrə internaturanı bitirib.
2007-ci ildə Belarusiya Respublikasının Minsk şəhərində (Академия после дипломного образования ) 4 aylıq laparaskopiya üzrə təhsil alıb.
2008-2009-cu illərdə Türkiyədə İstanbul şəhərinin Amerikan xəstəxanasında və 2011-ci ildə isə Acıbadem xəstəxanasında müxtəlif kurslar keçib.
Müxtəlif illərdə Rusiya, Türkiyə, Ukrayna, Belarusiya, Gürcüstan respublikalarında cərrahiyyə üzrə keçirilən beynəlxalq konfrans və simpoziumlarda iştirak edib.