Skolioz və onun müalicəsi
 hekimtap.az

Skolioz və onun müalicəsi

8202
Автор: Fizioterapevt Aynurə Haşımova

Опубликовано: 19.05.2018
Айнур Хашимова

Skolioz nədir?

Skolioz – onurğanin öz oxu ətrafında sağa və sola və ya hər iki tərəfə eyni zamanda əyilməsidir. Skolioz müxtəlif yaşlarda və onurğanın müxtəlif nahiyələrində görülə bilər.

Skoliozun simptomları

Çiyin və omba nahiyələrində bərabərliyin pozulmasi, döş qəfəsinin asimmetriyası, kürək nahiyəsində qabarıqlıq, onurğanın deformasiyası (yana əyilməsi), kürək və bel nahiyələrindən qabırğaarası nahiyyəyə qədər irradiasiya edən agrılar.

Skoliozun səbəbləri

Skoliozlar anadangəlmə və qazanılma olur. Anadangəlmə skoliozlar 0-3 yaş aralığında rast gəlinir. Qazanılma skoliozların bir cox səbəbləri var. Miopatik-əzələ zəifliyi nəticəsində inkişaf edən, displastik-sklet-əzələsinin qeyri-düzgun inkişafi nəticəsində, ideopatik – səbəbi məlum olmayan yəni travmatik zədələnmələr, onurğanın sınması, postur pozuntuları, zəif fiziki şəxslərdə və s. Qazanılmış skoliozlara ən çox yetkinlik yaşlarında rast gəlınır.

Skoliozun diaqnostikası

Həkim müayinəsində xəstə vizual olaraq bir sıra testlər və ölçmələr vasitəsilə müəyyən olunur. Xəstəyə ayaq ustə çəkilmis rentgen müayinəsi edilir, onurğanın elastikliyi test olunur. Rentgen muayinəsi əsasında skoliozun əyrilik dərəcəsi Cobb bucaği, vertebral dönmə dərəcəsi təyin olunur. Bu muayinələr onəmli parametlərdəndir.

Skoliozun növləri

Skolıozlar sadə və mürəkkəb olur.

Sadə skolozlar onurğanın oz oxu ətrafında bir istiqamətdə əyilməsidir bura C forma skoliozları aid etmək olar.

Mürəkkəb skoliozlar onurğanın öz oxu ətrafında iki və daha çox istiqamətdə əyilməsidir bura S forma və qarışıq formalar aiddir.

Dərəcəsinə gorə 4 yerə bölünur:
 – 1-ci dərəcə – 10;
 – 2-ci dərəcə – 1-30;
 – 3-cü dərəcə – 31-50;
 – 4-cü dərəcə – 51 və yuxarı.
 – Səviyyəsinə görə: bel, döş, döş-bel.

Skoliozun müalicəsi

 – Fizioterapevtik;
 – Reabilitasiya;
 – Proloterapiya üsulu ilə (qeyri-cərrahi müalicə);
 – Cərrahi;
 – 18-20 dərəcəyə qədər olan skoliozlara yalnız mualicəvi idmanlar tətbiq olur. Daha irəli dərəcələrdə fizioterapevtik prosedurlar, reabilitasiya-xüsusi  proqram tərtib olunur.

Buraya daxildir:
 – Aşağı tezlikli və impuls cərəyanlı elektroterapiya;
 – Elektrostimulyasiya;
 – Ümumi UBŞ şualanma;
 – Traksion terapiya;
 – Manual terapiya;
 – Müxtəlif aplikasiyalar;
 – Massaj;
 – Sualtı dartınmalar;
 – NaCl vannaları;
 – Korset;
 – Xüsusi korriqəedici idmanlar.

Skoliozun profilaktikası

Skoliozun profilaktikasi əsaslanir:
 – Miostimuləedici metodlar-əzələ tonusunu qaldırılması;
 – Metobolik metodlar-metobolizm və maddələr mübadiləsinin sürətlənməsi;
 – Vitaminstimuləedici metodlar-sümük differensasiyasının sürətlənməsi üçun;
 – Damargenişləndirici – qan dövriyyəsini surətləndirmək üçün;
 – Trofostimuləedici – əzələ trofikasını rezistentliyini artırmaq üçün.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.