Qonartroz hekimtap.az

Qonartroz

2152
Автор: Fizioterapevt Yeganə Əliyeva, 070 215-05-67

Опубликовано: 10.02.2020
Hayat Clinic

Qonartroz (diz artrozu,diz kirəclənməsi) nədir?

     Qonartroz diz oynağında baş verən qığırdaq yeyilməsidir.Rentgen müayinələrində qığırdaq kələ-kötür göründüyü üçün xalq arasında duzlaşma adını alıb.Artroz sözü artro (oynaq) oz (xəstəlik) sözlərinin birləşməsindən yaranıb.Diz oynaqlarımız bir birinə uyğun olmayan oynaq başlıqlarından ibarətdir.Oynaqlarımızın səthi 3-4 mm qığırdaq səthi ilə örtülüb.Bədənimizin ən qalın qığırdağı 6 mm ilə patellanın (diz qapağı) artikulyar üzünü əhatə edir.Tibial və femoral epikondiluslar 1-1 ilə uyğun olmadığı üçün onlar arasında aypara şəklində menisk yerləşib.Menisk də oynaqların sabitliyini qoruyur.Diz öz növbəsində bağlar və əzələlər tərəfindən də qorunur.Bu sadaladığımız faktorların birində problem yaranarasa bu da öz növbəsində qonartroza səbəb ola bilər.

     Qonartroz  dizlərdə ağrının olması,diz oynağında çox irəliyə gedə bilən hərəkət pozğunluğu ilə nəticələnən xəstəlikdir.Daha çox qadınlarda rast gəlinir(metobolitik proseslərlə, klimaks ilə əlaqəli olaraq).Ən çoxda kilolu və yaşlı insanlarda rast gəlinə bilər.Bu xəstəlik insanların gündəlik yaşamına öz mənfi təsirini göstərir.Günümüzdə bu xəstəlik ciddiyə alınmazsa gələcəkdə çox böyük problemlərlə rastlaşa bilərik.Bu xəstəlik müalicə olunmazsa insan öz gündəlik yaşamından geri qala bilər.

Qonartroza səbəb olan amillər:

1.Diz oynağının travmaya məruz qalması

2.Diz bölgəsində aparılan əməliyyatlar

3.Kiçik yaralanmalar

4.Kalsium çatışmazlığı

5.Həyat tərzi

6. Xroniki iltihablaşmalar

Qonartrozun diaqnozunun qoyulması:

      Dizdə zamanla artan ağrı və hərəkət məhdudiyyətinin yaranması,əsasəndə daha çox yeridiyi zaman, uzun müddət ayaq üstə qaldığı zaman,yerdən bir əşya götürdüyü zaman,pilləkənlə endiyi zaman bu ağrıları hiss edilə bilər.Zamanla dizlərdə baş verə bilən əyilmələr də bunun göstəricisidir.

Müayinə zamanı nə müşahidə olunur?

      Oynaqlarda sürtünmə səsi,əzələlərdə atrofiya (yəni arıqlama),oynaqlarda hərəkət məhdudiyyəti,oynaqlarda rast gəlinən deformasiyalar.

Qonartrozun diaqnostikası: Xəstənin ifadəsi,müayinə və rentgen çox zaman yetərli olur.Bağlar və menisklərin vəziyyətini dəyərləndirmək üçün MRT lazım gəlir.

 Qonartrozun Müalicəninin aparılması:

      Həkimin məqsədi ilk öncə ağrını azaltmaqdır.Bunun üçün müxtəlif ağrıkəsici və miorelaksantlar istifadə oluna bilər.Kirəclənmənin artmaması üçün,qığırdağı qismən qorumaq üçün oynaq daxili inyeksiyalar tətbiq edilir.Deformasiyanın qarşısını almaq üçün korsetlər təyin oluna bilər.Əgər oynağa su yığılıbsa ortoped tərəfindən boşaldılır və soyuq (buz) tətbiq edilir.Müalicədə ən önəmli üsullardan biri də diz qoruma prinsiplərinin tətbiqi və fizioterapevtin nəzarəti altında bir sıra fiziki amillərlə müalicənin tətbiqidir.Əgər dizin müalicələri vaxtında aparılmazsa, eyni zamanda dizin qorunma prinsipləri yerinə yetirilməzsə,bu diz sonunda endoprotezlə üzləşəcək.

Qonartrozun qorunma prinsipi:

1.Hərəkət etmək,

2.Pilləkənli yerlərdən az istifadə etmək,

3.Oturarkən,qalxarkən qol gücündən istifadə etmək,

4.Ağır yük daşımamaq,

5.Uzun zaman ayaqda qalmamaq və yeriməmək,

6.Hündür daban ayaqqabı geyinməmək,

7.Diz üstə oturmamaq,

8.Fzioterapevtin və ortopedin nəzarətində olmaq

9.Lazımı idman hərəkətlərinin tətbiqi (ayaq əzələlərinin güclənməsi).

Fizioterapevtik prosedurlar:

1.Soyuqla müalicə-Krioterapiya

2.Alçaq tezlikli cərəyan-TENS,Maqnit terapiya,Hilt terapiya,Fonofarez.

3.İdmanlar-Quadriceps(dördbaşlı) və hamstrinq əzələlərinin  izometrik dirəncli və gücləndirilmiş hərəkətləri,Əzələnin bir yarım dövrlük fasiləsis –“BF” cərəyanla gücləndirilməsi.

Diz idman hərəkətləri: Gündə 1 dəfə ,3 təkrarlanma ilə,10 sayda etmək şərtiylə.(Əgər hər hansısa bir hərəkət sizi incidərsə bu hərəkəti dayandırmağınız məsləhət olunur).