Пн-Пт

08:00-18:00

Сб

08:00-18:00

Вс

Выходной
Hayat Clinic

Выберите врача

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса

Hayat Clinic Tibb Mərkəzində müayinə olunaraq sağlamlığınızı dəyərləndirin

Xanımlar və cənablar!

HAYAT Clinic-i seçdiyiniz üçün Sizlərə minnətdaram.

Müxtəlif profilləri əhatə edərək HAYAT Clinic müasir növ müalicə-diaqnostika mərkəzi olmaqla , Sizlərə yüksək səviyyəli tibbi menecment xidməti təşkil edir.

Klinika 2015-ci ilin Fevral ayından etibarən fəaliyyətə başlamışdır.

Bizim fəaliyyətimizin əsas məqsədi xəstəliklərin inkişafının öncədən profilaktikasının təşkilidir. Bu məqsədlə biz Avropanın bir sıra qabaqcıl klinikaları ilə birgə geniş spektrli profilaktik və diaqnostik müayinə – tibbi CHECK-UP proqramları tərtib etmişik.

CHECK-UP proqram- müayinələr zamanı insanın sağlamlığı haqqında əldə olunan nəticələrin kompleks analizidir.

Bu müayinələr klinikamızın təchiz olunduğu ən müasir innovasion texniki cihazlar vasitəsilə icra olunur. Bu cihazların əksəriyyəti unikaldır.

Standart proqramlar 3-4 saatlıq nəzərdə tutulub. Bəzən orqanizmin hərtərəfli müayinəsi 2 gün davam edə bilər.

HAYAT Clinic tibb mərkəzində bütün müayinələri daha sürətli, komfort mühitdə, hətta ən ağır müayinələri belə ağrısız şəraitdə keçə bilərsiniz.

Klinikanın açılışından etibarən 20000-dən artıq pasiyent Bizə etibar etmişdir.

Bizim fəaliyyətimiz özəl tibb sahəsində yeni düşüncə tərzini formalaşdırmaqdır. İlk növbədə pasiyentin maraqları və müalicənin təhlükəsizliyi nəzərə alınmalıdır. Və mən artıq Bizim bu işin öhdəsindən gəldiyimizi görürəm. Bizim biliklərimiz və yardım etmək istəyimiz, mütəxəssislərimizin peşakarlığı qədər yüksəkdir.

Bizim qayəmiz- ölkəmizin tibb sahəsinə beynəlxalq tibbi protokollara əsaslanan ən müasir müayinə və müalicə üsullarının tətbiq edilməsidir.

Klinikamızın mütəxəssisləri daim öz bilik səviyyələrini təkmilləşdirirlər. HAYAT Clinic Avropanın, Türkiyənin məhşur klinikaları ilə sıx əməkdaşlıq edir.

Bizim xeyli planlarımız var, Sizlərin hər birinizin tələbatlarınızı nəzərə alaraq daim biznes prosesləri inkişaf etdiririk.

Əminəm ki, bütün ümidlərinizi doğruldacağıq!

Daim müsbət fikirlərə köklənin, özünüzü və əzizlərinizi sevin, ruhunuzun gümrahlığının və orqanizminizin sağlamığlığının qayğısına qalın!