Menisk yırtıqlarının əməliyyatsız müalicəsi: Proloterapiya hekimtap.az

Menisk yırtıqlarının əməliyyatsız müalicəsi: Proloterapiya

14931
Автор: Вертебролог Рухель Гасымов , (+994) 50 863-66-88

Опубликовано: 01.03.2018
Рухель Гасымов

Menisk nədir?

Menisklərin iki zonası olur. Qırmızı zona meniskin xarici tərəfi, ağ zona isə daxili tərəfidir. Menisk yırtıqları bu iki zonadan hansında olmasına görə xarakterizə olunur. Menisk yırtığının xarakteri həkimə meniskin özünü bərpa edə bilən və ya bərpa edə bilməyən olduğunu təsbit etməyə kömək edir.

Qırmızı zona qanla zəngin təchiz olunmuş zonadır. Bu zonada yırtılma olduqda yaranın sağalması üçün lazım olan sağaldıcı və bərpaedici faktorlar qan vasitəsi ilə həmin nahiyəyə gətirilərək sağalma gedir. Ağ zona menisk yırtığı qan təchizatı olmadığında orada sağalma çox az olur.

Menisk yırtığı köndələn olduqda və həm qırmızı, həm də ağ zonanı əhatə etdikdə belə əməliyyatsız meniski bərpa etmək mümkündür.

Menisk yırtıqlarının  növləri:

 - Meniskin bütün qalınlığı boyu yırtılma və ya hissəvi yırtılması
 - Menskin hissəvi yırtılması  meniski natamam kəsir, tam qalınlığı boyu yırtılma zamanı çıxıntılı yırtıla bilir və   menski tam kəsir.
 - Meniskin vertikal yırtılması (Bucket handle tear)

Bu növ yırtılma hər iki zonada mümkündür. Bu tip yırtılma menisk ilə kəsişmir, daha çox  vedrənin əl tutacağı əyriliyinə oxşadığına görə adını ordan götürmüşdür.

 - Yeni tədqiqata əsasən həkimlər klinik araşdırma aparıblar və təsdiq edilib ki Trombositlə Zəngin Plazma ilə Proloterapiya müalicəsi meniskin vertikal yırtılmasını 7 aya tam bərpa edir.
 - Bu yırtıq növündə cərrahi əməliyyat 23% yetərsizdir.

Menisk ; Proloteapiya - HekimTap

Menisk yırtığı zamanı MRT müayinəsi :

 - Meniskin posterior (arxa) buynuz yırtığı
 - Meniskin radial  (həlqəvi) yırtığı
 - Meniskin horizontal yırtığı
 - Medial meniskin kompleks yırtığı
 - Meniskal kökün yırtılması

Menisk yırtığının müalicəsi

Menisk yırtılmaları nəhayətində degenerativ artiritlərə gətirib çıxardır. Oynaq zəifliyinin və dayanıqsızlığının  səbəbini tapmaq, degenerativ prosesi regenerativ inyeksion müalicə ilə dayandıraraq artiritin proqressivləşməsinin də qarşısını almaq olar.

Diaqnozdan asılı olaraq menskin tamam bərpası eləcə də diz oynağının tam sağaldılması Proloterapiya ilə mümkündür. Belə ki , Proloterapiya oynağı gücləndirir.

Kompleks Proloterapiya müalicə metodu diz cərrahiyəsinə alternativ müalicədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.