Osteoartrit
 hekimtap.az

Osteoartrit

8292
Автор: Vertebroloq Ruhel Qasımov, Əlaqə: (+994) 50 863-66-88

Опубликовано: 25.06.2018
Рухель Гасымов

Osteoartrit nədir?

El arasında kirəcləşmə, duzlaşma kimi tanınan osteoartrit, degenerativ artirit və ya degenerativ oynaq xəstəliyi olaraq da adlandırılır. Bu artirit manı oynaq qığırdağında aşınma yaranır. Qığırdaq aşındıqca oynaq yükdaşıma, hərəkət kimi funksiyalarını da itirir. Oynağı əmələ gətirən sümüklərin ucları itiləşir və sümük tümüyə sürtünməyə başlayır. Hərəkət ağrılı hal alır və məhdudlaşır. Bütün bu proseslər illərlə olan bir dəyişimdir.

Osteoartritin növləri

  • Birincili osteoartrit
  • İkincili osteoartrit

Qığırdağın aşınma səbəbi çox zaman tapılmır. Bu zaman buna birincili, primer osteoartrit deyilir. Bəzən isə osteosrtiritin yaranmasına hər hansı bir xəstəlik səbəb olur, buna ikincili və ya sekonder osteoartirit deyilir.

Osteoartritin səbəbləri

Birincili osteoartritin səbəblərini tam olaraq bilməsək də amma ikincili osteoartiritin bir səbəbi vardır. Bu səbəb çox vaxt  oynaq qığırdağının zədələnməsi və ya həddindn artıq yüklənməsi ilə əlaqəlidir. Ən çox rast gəlinən səbəbləri bunlardır:

  • Oybaq zədələnmələri: İdman, iş, ev və ya avtoqəza nəticəsində oynaq zədələnməsi və osteoartrit yaranması riski artır.
  • Təkrarlanan yüklənmələr: Eyni hərəkətlərin davamlı olaraq  təkrar edilməsi oynaq qığırdağında aşınmaya gətirib çıxarda bilir. Balerinalarda ayaq biləyi, futbolçularda diz oynağında bu tipli osteoartrit əmələ gələ bilir.
  • Sümük kənarlarında zədələnmələr: Oynağı əmələ gətirən sümük kənarlarında sınığa və ya təzyiqə bağlı zədələnmələr ola bilərş Bu halda sümük kənarları normal anotomik quruluşunu itirir, nəticədə osteoartrit yaranır.
  • Sümük xəstəlikləri: Peget kimi xəstəliklər sümüyün sərtliyini azaldır, onlar asanlıqla sına biir. Sümük kənarlarındakı qırıqlar deformasiyaya səbəb olurlar.
  • Oynaqların həddindən çox yük daşıması: Bədən nə qədər ağırdırsa, diz , bud-çanaq , topuğa düşən yük bir o qədər də artır. Xüsüsilə diz osteoartritində həddindən artıq çəki önəmli bir faktordur. Həddindən artıq yüklənmə zamanla qığırdağın aşınmasına səbəb olur.
  • Oynaqlarda inkişaf pozğunluğu:Xüsusilə bud-çanaq oynağında anadangəlmə inkişaf anomaliyaları və çıxıqları da osteoartritə səbəb olur.

Osteoartritin əlamətləri

Oynaqlarınızda ağrı və digər şikayətləriniz varsa bunun osteoartrit olduğunu necə bilərsiniz? Bu xəstəlikdə aşağıdakı əlamətlərdən ən azı birinin sizdə olması lazımdır:

  • Oynaq ağrısı;
  • Gərginlik və hərəkətlərdə məhdudluq: bu osteoartritin gec  əlamətlərindəndir. Nəticədə oynaq donub hərəkətsiz qala bilir;
  • Oynaqda həssaslıq, istlilik və şişkinlik: Ən çox diz və əl barmaqlarında görülür;
  • Dizdə xışıltılar, sürtünmə səsləri;
  • Barmaqlarda sümük böyüməsi: əl barmaqları oynaqlarının kənarlarında əmələ gələn çıxıntılar sümük böyüməsidir. Bu osteoatiritin əlaməti olub və irsi xarakter daşıyır.

Osteoartritin risk faktorları

Osteoartrit çox geniş yayılmış bir xəstəlikdir , lakin hərkəsdə rast gəlinmir. Bəzi insanlar risk daşıyır bəziləri isə yox. Osteoartritin riskləri aşağıdakılardır:

  • 45 yaşdan yuxarı insanlar;
  • Oynaq travması keçirənlər;
  • Oynaqda davamlı olaraq təkrarlanan yükləmələr;
  • Qadınlar kişiərə nisbətən 3 dəfə çox rast gəlinir;
  • Valideynlərində osteoartrit olanlar;
  • Piylənmə.

Osteoartritin diaqnostikası:

  • Fizikal müayinə
  • Rentgen müayinəsi
  • MRT

Osteoartritin müalicəsi

  • Dərman müalicəsi
  • Müntəzəm müalicəvi idman
  • Fizioterapiya
  • Cərrahi müdaxilə
  • PROLOTERAPİYA – ƏMƏLİYYATSIZ MÜALİCƏ

Osteoartritin müalicəsində Proloterapiya

Proloterapiya qığırdaq bərpaedici, yeniləyici müalicə olub zədələnmiş oynağı bərpa edir, gücləndirir. Proloterapiya əməliyyatsız müalicə olub iynə vasitəsi ilə zədə nahiyəsinə proliferativ məhlulun yeridilməsi ilə aparılır. Tam ağrısız və zərərsiz bir müalic metodudur. Proloterapiya səbəbi müalicə edən yeganə müalicə sayılır.

İlk dəfə 40-50ci illərdə Amerikada yaranıb. Hal hazırda bir çox avropa ölkələrində, Türkiyədə də çox geniş tətbiq edilən bir metoddur. Ölkəmizdə ilk dəfə mənim tərəfimdən tətbiq edilmişdir. Artıq 5 ildir ki minlərlə insanları Proloterapiya ilə sağaldaraq  əməliyyatdan xilas etmişik.

Tədqiqatlar göstərirsə doğru mütəxəssis seçmək Proloterapiyanın effektivliyində, xəstənin təhlükəsizliyində çox böyük önəm daşıyır. Belə ki, proloterapiya yalnız proloterapiya mütəxəssisi, uzmanı tərəfindən edilməlidir.

Osteoartritin müalicəsində proloterapiyanın effektivliyi 87-95% təşkil edir.

Müalicə manı ilk seansda pasiyentlərimizin ağrıları azalır, gecə rahat yata bilirlər. İkinci seansdan artıq rahat hərəkət edə bilirlər, oynaqda hərəkət məhdudluğu azalır. 3-cü seansdan pilləkən qalxıb, enə bilməyən pasiyentlərimiz artıq kiminsə yardımına ehtiyac duymadan rahatlıqla bunu edə bilirlər.

Proloterapiya əzələ-oynaq xəstəliklərində nəticəni aradan götürən, yəni müvəqqəti ağrı kəsən bir metod deyil, Səbəbi aradan götürən yeganə müalicədir. Odur ki Proloterapiya etdirmədən əməliyyat qərarı almayın!

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az