Ön çarpaz bağ diz oynağının sabitliyini təmin edən vacib bağlardan biridir. Bu bağ baldırın buda nisbətən həddindən artıq yerdəyişməsini məhdudlaşdırır. Beləliklə sağlam ön çarpaz bağ, hərəkətlər zamanı diz oynağında yarımçıxıq və qeyri-sabitliyin qarşısını alır.
Zədələnməsi
Ön çarpaz bağın zədələnməsi əksər hallarda professional idmançılarda, dağ xizəyi sürənlərdə, orta yaş dövründə olan aktiv insanlarda rast gəlinir. Travmanın mexanizmi sabit pəncənin üzərində dizin rotasion ( firlanma) hərəkəri və ya birbaşa dizə kontakt-zərbə hesab olunur. Diz içəri, bayıra fırlana və həddən artıq bükülən zaman ön çarpaz bağ həm ayrıca, həm də diz oynağının digər kapsul-bağ aparatı srukturları ilə birgə zədələnir.
Klinik əlamətləri:
Ön çarpaz bağın kəskin zədələnməsi hallarında xəstələr aşağıdakı əlamətləri qeyd edirlər:
Ön çarpaz bağ zədələndikdə ağrıların şiddəti elə də çox olmur. Ağrılar ön çarpaz bağla yanaşı diz oynağının digər yumşaq toxuma strukturları da zədələndikdə intensiv olur. Kombinə olunmuş zədələnmələrə rast gəlinir:
Travmadan dərhal sonra nə etməli:
Diaqnostika:
Diz oynağının zədələnmələrinin kliniki müayinəsi mümkün qədər ilk saatlarda aparılmalıdır. İlkin müayinə zamanı zədələnmiş oynaqda mayenin miqdarı çox olarsa bu zaman maye punksiya olunub xaric olunmalıdır, əks halda müayinəyə mane ola bilər. Punksiya zamanı xaric olunan mayenin rəngi və xarakteri əhəmiyyətli məlumatdır.
Diz oynağı ön çarpaz bağının zədələnməsinin vacib klinik simptomları Laxmann simptomu və Ön çəkməcə simptomudur. Bu simptomlar klinik müayinədə təcrübəli travmatoloq-ortoped tərəfindən aşkarlanır. İnstrumental müayinə metodlarından ilk növbədə rentgenoloji müayinə oynaqdaxili mümkün olan sümük zədələnmələrini aşkar etmək üçün tətbiq edilməlidir. Ən informativ və həssas müayinə metodu MRT diz oynağının ğn çarpaz bağının zədələnməsinini 90-95%hallarda dəqiq aşkarlayır.
Müalicəsi
Diz oynağının qeyri stabilliyinə səbəb olduğu üçün ön çarpaz bağ zədələnmələri müasir ortopediyada operativ yolla bərpa olunur. Bağın tikişlə bərpası mümkün olmadığı üçün zədələnmiş bağ yenisi ilə- pasientin öz vətərlərindən “yeni bağ” yaratmaqla əvəz olunur. Müasir artroskopik ön çarpaz bağ cərrahiyyəsində transplantat kimi pasientin öz bağlarından və vətərlərindən, ən çox Harmstring vətərlərdən və diz qapağı xüsusi bağından istifadə olunur.
İlkin etapda zədələnmiş bağın qalıqları oynaqdan təmizlənir, yeni bağ üçün uyğun ölçülərdə kanallar işlənib hazırlanır. Xəstədən alınmış autotransplantatın ucları bud və qamış sümüyündən açılmış xüsusi dəliklərə metal və biopolimerlərdən hazırlanan fiksatorlarla təsbit edilir. Əməliyyat artroskopik texnikadan, xüsusi alətlərdən istifadə edilməklə 1.5-2 saat davam edir.
Əməliyyatdan sonra xəstənin diz oynağı xüsusi şarnirli breys vasitəsilə 5 həftə müddətinə immobilizasiya olunur. Bərpa dövrü 4-6 həftədən 6 aya qədər davam edir.İlk 2 həftə müddətində xəstəyə sarğılar, yaraya qulluq, ağrıkəsici və ödem əleyhinə müalicə tətbiq olunur. Sonrakı 2həftədən 6 aya qədər olan dövrlərdə xəstənin fiziki aktivliyi bərpa olunur, əməliyyat olunan ətrafa yük vermədən gəzmək, əməliyyat olunan diz oynağında dərəcələri artırmaqla aktiv bükmə/açma hərəkətləri, əzələlərin bərkidilməsinə yönəlmiş prosedurlar həyata keçirilir.12-ci həftədən xəstə implantın yeniliyini nəzərə almaqla gündəlik sosial həyatına qayıda bilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az