Diz oynağının ön çarpaz bağ zədələnməsi hekimtap.az

Diz oynağının ön çarpaz bağ zədələnməsi

5195
Author: T.E.N. Ortoped-travmatoloq Altay Cəfərov, (+994) 50 213-90-98

Published: 04.05.2020
Altay Ceferov

Ön çarpaz bağ diz oynağının sabitliyini təmin edən vacib bağlardan biridir. Bu bağ baldırın buda  nisbətən həddindən artıq yerdəyişməsini məhdudlaşdırır. Beləliklə sağlam  ön çarpaz bağ, hərəkətlər zamanı diz oynağında  yarımçıxıq və qeyri-sabitliyin qarşısını alır.


Zədələnməsi

 Ön çarpaz bağın zədələnməsi əksər hallarda professional idmançılarda, dağ xizəyi sürənlərdə, orta yaş dövründə olan aktiv insanlarda rast gəlinir. Travmanın mexanizmi sabit pəncənin üzərində dizin rotasion ( firlanma) hərəkəri və ya birbaşa dizə kontakt-zərbə hesab olunur.  Diz içəri, bayıra fırlana və həddən artıq bükülən zaman ön çarpaz bağ həm ayrıca, həm də diz oynağının digər kapsul-bağ aparatı srukturları ilə birgə zədələnir.

About Anterior Cruciate Ligament Injury (ACL) – Penn MedicineKlinik əlamətləri:

Ön çarpaz bağın kəskin zədələnməsi hallarında xəstələr aşağıdakı əlamətləri qeyd edirlər:

  • Travma zamanı diz oynağında xarakterik səs “şıqqıltı” səsi.
  • Travmadan dərhal sonra yaranan şişkinlik-hemartroz.
  • Travmanın xarakteri(sabit pəncə üzərində dizin burulması, bükülməsi)
  • Travmadan sonra əvvəlki fiziki aktivliyin olmaması.
  • Diz oynağında qeyri-stabillik hissi.

 

Ön çarpaz bağ zədələndikdə ağrıların şiddəti elə də çox olmur. Ağrılar ön çarpaz bağla yanaşı diz oynağının digər yumşaq toxuma strukturları da zədələndikdə intensiv olur. Kombinə olunmuş zədələnmələrə rast gəlinir:

  • Ön çarpaz bağla birgə bir meniskin(iç, yan) zədələnməsi.
  • Ön çarpaz bağla birgə hər iki meniskin zədələnməsi.
  • Ön çarpaz bağla birgə iç yan bağın və iç meniskin zədələnməsi- “bədbəxt triada” adlanan kliniki hal.
     

Travmadan dərhal sonra nə etməli: 

  • Diz oynağını imkan daxilində əlaltı vasitələrlə və ya varsa xüsusi ortezlərlə hərəkətsizləşdirmək. Diz oynağına yerli soyuq(buz) tətbiqi15-20 dəqiqə soyuq, 60 dəqiqə istirahət. Ağrıkəsici qəbulu
  • Tez bir zamanda ixtisaslaşmış tibbi yardım üçün həkim travmtoloq ortopedə müraciət etmək
  • Özbaşına heç bir müalicə və ya manual prosedurlar etməmək
     

Diaqnostika:

Diz oynağının zədələnmələrinin kliniki müayinəsi mümkün qədər ilk saatlarda aparılmalıdır. İlkin müayinə zamanı zədələnmiş oynaqda mayenin miqdarı çox olarsa bu zaman maye punksiya olunub xaric olunmalıdır, əks halda müayinəyə mane ola bilər. Punksiya zamanı xaric olunan mayenin rəngi və xarakteri əhəmiyyətli məlumatdır. 

Diz oynağı ön çarpaz bağının zədələnməsinin vacib klinik simptomları Laxmann simptomu və Ön çəkməcə simptomudur. Bu simptomlar klinik müayinədə təcrübəli travmatoloq-ortoped tərəfindən aşkarlanır. İnstrumental müayinə metodlarından ilk növbədə rentgenoloji müayinə oynaqdaxili mümkün olan sümük zədələnmələrini aşkar etmək üçün tətbiq edilməlidir. Ən informativ və həssas müayinə metodu MRT diz oynağının ğn çarpaz bağının zədələnməsinini 90-95%hallarda dəqiq aşkarlayır.

 
Müalicəsi

Diz oynağının qeyri stabilliyinə səbəb olduğu üçün ön çarpaz bağ  zədələnmələri müasir ortopediyada operativ yolla  bərpa olunur. Bağın tikişlə bərpası mümkün olmadığı üçün zədələnmiş bağ yenisi ilə- pasientin öz vətərlərindən “yeni bağ” yaratmaqla  əvəz olunur. Müasir artroskopik ön çarpaz bağ cərrahiyyəsində transplantat kimi pasientin öz bağlarından və vətərlərindən, ən çox Harmstring  vətərlərdən və diz qapağı xüsusi bağından istifadə olunur. 

Механизм повреждения передней крестообразной связки

İlkin etapda zədələnmiş bağın qalıqları oynaqdan təmizlənir, yeni bağ üçün uyğun ölçülərdə kanallar işlənib hazırlanır. Xəstədən alınmış autotransplantatın ucları bud və qamış sümüyündən açılmış xüsusi dəliklərə metal və biopolimerlərdən hazırlanan fiksatorlarla təsbit edilir. Əməliyyat artroskopik texnikadan, xüsusi alətlərdən  istifadə edilməklə 1.5-2 saat davam edir. 

 

Əməliyyatdan sonra xəstənin diz oynağı xüsusi şarnirli breys vasitəsilə 5 həftə müddətinə immobilizasiya olunur. Bərpa dövrü 4-6 həftədən 6 aya qədər davam edir.İlk 2 həftə müddətində xəstəyə sarğılar, yaraya qulluq, ağrıkəsici və ödem əleyhinə müalicə tətbiq olunur. Sonrakı 2həftədən 6 aya qədər olan dövrlərdə xəstənin fiziki aktivliyi bərpa olunur, əməliyyat olunan ətrafa yük vermədən gəzmək, əməliyyat olunan diz oynağında dərəcələri artırmaqla aktiv bükmə/açma hərəkətləri, əzələlərin bərkidilməsinə yönəlmiş prosedurlar həyata keçirilir.12-ci həftədən xəstə implantın yeniliyini nəzərə almaqla  gündəlik sosial həyatına qayıda bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az