Bipolyar pozğunluqlar 
 hekimtap.az

Bipolyar pozğunluqlar 

5193
Автор: Psixiatr Abdulla Şıxlinski

Опубликовано: 07.08.2019
Абдулла Шихлинский

Bu xəstəlik 100 il əvvəl təsvir edilmişdir.  Xəstəlik son 5-10 ilə qədər maniacal-depressiv psixoz adı ilə məşhur idi. Xəstəlik maniya və depressiya epizodları ilə cərəyan edir.

Bipolyar pozğunluqların səbəbləri və inkişaf mexanizmi:

1.İrsi meyllik.
Daha çox qadınlarda rast gəlinir : ana, qız, qız nəvə. Xəstəlik iris-dominant yolu ilə keçir.Əgər valideynlərdən biri xəstədirsə, uşaqların xəstələnmə faizi 96 faiz təşkil edir.

2.Bədən quruluşu.
Kökəlməyə meylli, enlikürək, enli döş qəfəsinə malik, qısa boyunlu, dəyirmi sifətli insanlar əhvali-ruhiyyənin tez-tez dəyişməsinə meyllidirlər və bipolyar affektiv pozğunluqlar onlarda daha çox rast gəlinir.

3.Belə xəstələrin çoxunda erkən yaşlarında həddən artıq ehtiyatlılıq, hər şeydən şübhələnmə, fikirlərdə qətiyyətsizlik rast gəlinir. Lakin bütün bu xarakter pozğunluqları psixi travmalar nəticəsində BAP xəstəliyinə çevrilə bilir.

Bipolyar pozğunluqların simptomları:

Maniakal faza: eyforiya, əhvali-ruhiyyənin səbəbsiz yaxşılaşması, nitqin, təfəkkürün sürətlənməsi, hərəki oyanma, özünü böyütmə ideyaları müşahidə olunur. Xəstələrin əqli və fiziki iş qabiliyyəti artır. Onlar eyni zamanda bir neçə işdən yapışırlar, lakin heç birini axıra çatdırmırlar, çox danışırlar, ətrafdakılarla münasibətdə etik qaydaları pozurlar, tanımadıqları insanlara sən  deyə müraciət edirlər. Eyforiya daha çox səhərlər özünü göstərir. Seksual fəallığın artması, təsadüfi cinsi əlaqələr müşahidə olunur. Xəstələr özlərini tərifləməyə meylli olurlar, soaial və ictimai qaydaları pozur, ictimai təhlükəli əməllər edirlər.

Depressiv epizod.Əlamətləri:

Əhvali-ruhiyyənin enməsi, təfəkkürün, nitqin ləngiməsi, hərəki tormozlanma, suisidal ideyalarla müşayət olunan özünü günahlandırma fikirləri. Xəstələr qeyd edir ki, onlar sevinə bilmirlər, diqqət pozulur, hər şey qara rəngdə qavranılır, gələcək üçün heç bir planlar qurulmur.Depresseya çox vaxt həyəcanla müşahidə olunur. Buna həyəcanlı depressiya deyilir. Əgər xəstələrdə depressiv sindrom somatik şikayətlərlə özünü göstərirsə: ürək nayihəsində ağrılar, qarında xoşagəlməz hissiyyatlar, iştaha və yuxu pozğunluğu, cinsi həvəsin azalması olursa, belə depressiya maskalanmış depressiya adlanır.

Bipolyar pozğunluqlar müalicəsi:

BAP öz ciddi social və tibbi nəticələrinə görə ağır xəstəlik hesab olunur. Diaqnoz yalnız həkim-psixiatr tərəfindən kliniki-psixopatoloji müayinə nəticəsində qoyulur. Əgər depressiya maskalanmış formada keçirsə, həkim-kardioloq, həkim-cərrah, həkim-terapevt və başqa həkim mütəxəssislərin məsləhəti təşkil olunmalıdır. Yadda saxlamaq lazımdır ki, çox zaman bəzi səriştəsiz mütəxəssislər və xəstələrin özləri səhvən sadə əhvali-ruhiyyə dəyişməsinə maniya və ya depressiya kimi baxırlar. Ona görə də belə xəstələrin mütləq həkim-psixiatr tərəfindən müayinəsi aparılmalıdır.

Müalicə:

1.Aktiv medikamentoz müalicə: yalnız mütəxəssis həkim-psixiatr tərəfindən aparılır.

2.Elektrik cəngolma müalicəsi: həkim-psixiatr və həkim-reanimatoloq tərəfindən aparılır.

3.Xəstəliyin sağalma müalicəsində həkim-psixoterapevt tərəfindən koqnitiv-bixeveoral metodla psixoterapiya aparılır.Bundan əlavə, həkim-psixoterapevt tərəfindən rasional psixoterapiya,artterapiya, zooterapiya metodları ilə reabilitasiya keçirilir.