Ağıl zəifliyi
 hekimtap.az

Ağıl zəifliyi

7293
Автор: Psixiatr Abdulla Şıxlinski

Опубликовано: 15.08.2019
Абдулла Шихлинский

Bu xəstəliyin həqiqi adı oliqofreniyadır. 3 forması vardır: debillik, imbesillik, idiotizm.Hal-hazırda başqa təyinatda işlənilir. Debillik yüngül, imbesillik orta ağır, idiotizm dərin və ağır ağıl zəifliyidir.

Ağıl zəifliyi səbəbləri:

a) genetik xəstəliklər  
b) xromosom xəstəliklər
c) ana bətnində keçirilən infeksion xəstəliklər
d) doğuş travmaları
e) valideynlərin aikoqolizasiyası
f) rezus uyğunsuzluq
g) endokrin patologija

Debillik.

Əlamətləri: 50-70 intellekt koefisssienti .Adi məktəbdə ancaq 4 sinif oxuya bilərlər.Ümumiyyətlə, belə uşaqların köməkçi məktəbdə oxuması məsləhət görülür. Bir qədər böyüdükdən sonra tikiş, bağbanlıq işləri, təsərrüfat işləri görə bilərlər. Belə xəstələrdə təfəkkür konkret təsviredici olur. Abstrakt təfəkkür zəif inkişaf edir.Cinsi yetişkənlik və emosional oyanma vəziyyətlərində social təhlükəli ola bilərlər.

İmbesillik.

Əlamətləri:İK 35-50. Yalnız xüsusi məktəblərdə oxuya bilərlər. İş qabiliyyəti həddən artıq aşağıdır.Böyük qisim xəstələr daimi nəzarət tələb edirlər. Özünəqulluq vərdişlərini öyrətmək mümkündür.Azacıq söz ehtiyatı olur.Aqressiv ola bilirlər.

İdiotizm

Əlamətləri:İK 20 və ondan aşağı.Nitqi olmur, onları əhatə edən adamların  nitqi başa düşülmür. Hər hansı bir fəaliyyət növü ilə məşğul ola bilməzlər.Xəstələrin nəzarətsiz qalması mümkün deyildir. Ətrafdakı bütün əşyaları ağzına aparıb onları udmaq istəyirlər.Təhlükəni hiss edə bilmirlər. Özlərinə qulluq vərdişləri yoxdur.Aqressiv oyanmalar, xüsusən, cinsi yetişkənlik dövründə tez-tez təsadüf edilir. Belə xəstələr yalnız psixonevroloji internat şəraitində yaşaya bilərlər.

Ağıl zəifliyin müalicəsi:

Yalnız fasiləsiz medikamentoz müalicə tələb olunur.Müalicə ömürlük aparılmalıdır. Xəstələrin yaşları artdıqca özləri və ətrafdakılar üçün təhlükənin güclənməsi ilə əlaqədar olaraq güclü təsirli psixotrop dərmanların tətbiqi məqsədəuyğundur.Periodik ağırlaşmalar olduqda xəstələr qospitalizasiya olunur, məhkəmə-psixiatrik ekspertizası aparılır, beyin metabolizmini yaxşılaşdıran dərmanlar tətbiq olunur. Tədqiqatlar göstərir ki, belə xəstələrlə social reabilitasion tədbirlərinin aparılması heç bir nəticə vermir.

Ağıl zəifliyin profilaktikası:

1.Perinotal dövründə valideynlər tərəfindən spirtli içkilərin qəbulu qadağan edilməlidir.
2.Hamiləliyə hazırlaşan qadın tibbi-genetik məsləhətləşmə, rezus uyğunluğun yoxlanması,xroniki infeksion xəstəliklərin yoxlanması kimi müayinələrdən keçməlidir.

Belə xəstələr məhkəmə ekspertizası baxımından anlaqsız, hərbi ekspertiza baxımından hərbi xidmətə yararsız hesab edilirlər. Nadir hallarda yüngül dərəcəli debillər hərbi xidmət keçə bilərlər.