Yastıayaqlıq... hekimtap.az

Yastıayaqlıq...

18029
Автор: Elfanə Süleymanova

Опубликовано: 25.12.2017
Эльфана Сулейманова

Pəncə skeletimiz üçün dayaq və amartizator rolunu oynayır, hərəkət zamanı tarazlığı, bədən yükünün bərabər paylanmasını və bədənin ahəng hərəkətini təmin edir. İnsanın yerişi, qaməti, günün sonunda  ağrıların və diskomfortun dərəcəsi ayaq tağının formasından asılıdır.

Ayaq tağının qeyri-düzgün formalaşması və ya onun zədələnməsi bütün dayaq-hərəkət aparatının işinin pozulmasına səbəb olur. Bu zaman aşıq-daban oynağı, diz və bud çanaq oynaqları və bütün bədən əzlələləri əziyyət çəkirlər. İnsanda yastıayaqlıq varsa, ayaq tağı düzgün fəaliyyət göstərmir.


Yastıayaqlıq niyə yaranır? Yastıayaqlığın  simptomları

Ayaq tağının tam və ya hissəvi olmaması yastıayaqlıq adlanır. Yastıayaqlıq köndələn, boylama və ya qarışıq ola bilər.  

Yastıayaqlığın bir neçə səbəbi var. Ən əsas səbəbi isə ayaqlara düşən yükün həddən artıq olmasıdır. Bu yüklənmə həddən artıq çox və ya az ola bilər. Bu statik yastıayaqlıq adlanır. Digər yastıayaqlıq növlərinə pəncənin paralitik, travmatik, raxitik zədələnməsi və ya anadangəlmə yastıayaqlıq aiddir.  

Yastıayaqlıq simptomları ilə qadınlar daha tez-tez rastlaşırlar. Risk faktorlarına artıq çəki, ayaqüstə iş rejimi, dikdaban və ya dar ayaqqabılar geyinmək aiddir. Bu faktorların nəticəsində  pəncənin kostruksiyası dəyişir. Ayaq pəncəsinin əzələ-bağ aparatı zəifləyir. Bu cür ayaq, uzun müddət bir yerdə dayanmaqdan və ya çox gəzməkdən ağrımağa başlayır. 

Yerimə zamanı yastıyaqlı pəncədə normal pəncədən fərqli olaraq addımlama zamanı yaranan impuls pəncənin tağı tərəfindən zəifləmir və bütün oynaqlara ötürülür. Beləliklə dayaq-hərəkət aparatı normal fizioloji vəziyyətindən daha çox yüklənir. Bu zaman amartizator funksiyasını onurğa sütunu öz üzərinə götürür. Nəticədə onurğa sütünu boyunca çoxsaylı ağrılar, yırtıqlar, sinir köklərinin sıxılması və s. kimi problemlər yarana bilər. 

Yastıayaqlıq simptomları:

 - Ayaqqabı seçimində problemlər yaranır, pəncənin eni adət etdiyiniz ölçüdə ayaqqabını geyinməyə imkan vermir.
 - Ayaqda, baldırda və bud nahiyəsində günün sonunda yaranan ağırlıq və küt ağrılar. Bu ağrılar yuxudan sonra keçir.
 - Baldır  əzələlərində ağrı, pəncələrdə şişkinlik, qamət pozulmaları (kifoz, skolioz )
 - Ayaq baş barmağının dərisində çapıqlaşma zonaları yeriş zamanı diskomfort hissi yaradır. 
 - Yerişin dəyişilməsi, yerişin ritmi və sürəti dəyişir. Ayaqqabı və corabın iç tərəfi yeyilməyə başlayır.  
 - Boylama yastıayaqlıqda pəncənin ortasına təzyiq zamanı ağrı olur, pəncə yastılaşır, ayaq arxası şişkinləşir. 
 - Köndələn yastıayaqlıq zamanı isə ayaq ucları enlənir.  Ayaq yastığı nahiyəsində “döyənək” yaranır. Pəncə ucları getdikcə enlənir. 

Daha ağır formalarda bu simptomlarla yanaşı ayaq baş barmağında ağrılı sümük əllənə bilər. Gəzərkən ayaqlar tez yorulurlar, qamət və yeriş pozulur.

Yastıayaqlığı necə aşkar edirik? Yastıayaqlığın müalicə üsulları 

Yastıayaqlığı çox asan bir testlə üzə çıxartmaq mümkündür. Ayaq pəncəsini hər hansı bir bitki yağı ilə yağlayıb, ağ vərəqin üstünə çıxaraq alınan şəkilə əsasən ayaq pəncəniz haqqında sizə məlumat vermək mümkündür. Ayaq barmaqlarından pəncəyə kimi olan nahiyədə oymanın ölçüsünə əsasən yastıayaqlığı təyin etmək mümkündür. Oyma nə qədər kiçikdirsə yastıayaqlığın dərəcəsi də bir o qədər böyükdür.

Yastıayaqlığa şübhə və ya ona səbəb olan faktorlar və simptomlar varsa, mütəxəssisə getməyi təxirə salmayın. Pəncənin bu cür vəziyyəti müalicə olunmazsa simptomlar getdikcə artacaq və yaş artıqca şikayətlər çoxalacaqdır. 

Bunun üçün ayaq pəncəsi və bədənin bütün sümük-oynaq sistemi osteopat həkim tərəfindən müayinə olunur, hər hansı bir oynaqda olan patologiyalar oynağın bağ aparatı və sümük sistemi arasındakı əlaqə  normal fizioloji vəziyyətə qaytarılır.Osteopat həkim öz əlləri vastəsilə pasient orqanizminə müəyyən ritm və tezlikdə təsir göstərərək itirilmiş funksiyaları normallaşdırmağa və balansa qaytarmağa yönəlmişdir.

 Osteopatik müalicə üsulu  təmamilə ziyansızdır və əks göstərişləri yoxdur. 

Ayaqdakı əzələ və bağ aparatını bu fizioloji vəziyyətdə saxlamaq üçün hər bir pasientə müvafiq olan ayaqqabı üçün içlik –supinator  təyin olunur. Osteopatik müalicəylə yanaşı supinatorlar da təyin olunarsa daha tez effekt əldə etmək mümkündür. Supinatorlar ayaq tağının itirilmiş amartizator funksiyasını əvəz edir və həkim tərəfindən təyin olunmalıdır.

Mütəxəssisə vaxtında müraciət olunarsa, bir sıra dayaq-hərəkət sistemi xəstəliklərindən sığortalanmaq mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az