Elfanə Süleymanova  hekimtap.az

Elfanə Süleymanova

Terapevt, Osteopat

12 il iş təcrübəsi

Bakı
skolioz və müalicəsi

Skolioz nədir və effektiv müalicəsi necədir?

Müəllif: Osteopat Elfanə Süleymanova , Əlaqə: 050 302-82-56
22857

Paylaşıldı: 10.01.2018
Elfanə Süleymanova

Statistikaya əsasən, son illər məktəblilər arasında skolioz geniş yayılmışdır. Onlar vaxtlarının çoxunu (məktəb dərslərində, evdə ev tapşırıqlarını yerinə yetirərkən, uzun müddətli kompüter arxasında ) oturaq vəziyyətdə keçirirlər.  Nəticədə  bel əzələləri düzgün formalaşmır, skolioz, kifoz kimi qamət pozulması  baş verir. Skolioz onurğa sütununun frontal səthdə davamlı olaraq əyilməsidir. Skolioz, adətən, erkən uşaq yaşlarından başlayaraq yaş artdıqca proqressivləşir. Skolioz vaxtında müalicə olunmazsa  fəqərəarası disklərin degenerativ distrofik dəyişikliklərinə, nəticədə döş qəfəsi və həzm traktı oraqnlarının simpatik tənzimlənməsinin pozulmasına səbəb olur. Valideynlərin çoxu övladlarında skolioz olduğundan məktəblərdə aparılan müayinələr nəticəsində xəbərdar olurlar. Skolioz, xüsusilə buraxılış sinif şagirdlərində daha çox rast gəlinir, bu dövrdə skeletin intensiv inkişafı skoliozu daha nəzərəçarpan edir.

 - Onurğada yana əyilmə;
 - Qabırğa qövslərində qeyri-bərabərlik;
 - Kürək sümüklərinin asimmetriyası;
 - Çanaq sümüklərində əyrilik;
 - Başın bədənə nisbətən əyri dayanması kimi hallar skoliozun zahiri görünüşcə ilkin əlamətləri ola bilər.

Rentgenoqrammalara əsasən skoliozun deformasiyaları dərəcələrlə ifadə edilir.

Buna əsasən skoliozun 4 dərəcəsi ayırd edilir:
 - 1-ci dərəcəli – 0-10° 
 - 2-ci dərəcəli – 11-30° 
 - 3-cü dərəcəli – 31-60° 
 - 4-cü dərəcəli – >61° 

Formasına görə isə “C”-ə bənzər (sağ və ya sol tərəfli bir qövs yaranır ) və ya “S”-ə bənzər  (torakal və lumbar nahiyədə iki qövs yaranır) skolioz ayırd edilir .

Yeniyetməlik idiopatik skoliozunda onurğa sütununun deformasiyası uzun müddət stabil qala bilər. Bəzi hallarda isə xəstəlik çox tez proqressivləşir. Buna görə də skoliozu olan uşaqlar daim həkim nəzarətində olmalı, müntəzəm olaraq rentgen müayinəsindən keçməlidirlər. Yalnız bu zaman xəstəliyin proressivləşməsini vaxtında aşkar etmək mümkündür.

Skoliozun əsl başlanğıcı isə daha erkən vaxtlara - körpənin ana bətnində olduğu dövrlərə təsadüf edə bilər. Dölün uzun müddət qeyri-normal vəziyyətdə qalması (dölün köndələn vəziyyəti, sağrı gəlişi, sürətləndirilmiş doğuşlar, doğuş yollarında dölün ləngiməsi və s.), südlə əmizdirmə zamanı körpənin düzgün tutulmaması, körpənin iməkləməmiş yeriməyə başlaması skoliozun ilk risk faktorlarıdır. Sadaladığımız vəziyyətlərdə ənsə sümüyü, gicgah sümüyü, birinci boyun fəqərəsi, oma sümüyü, çanaq sümüklərində  sümükdaxili patoloji gərginliklər yaranır. Sümüklər böyüməyə başladıqda  bu gərginlik nahiyələri sümüyün quruluşunda deformasiyalara səbəb olur. Bir çox valideynlər “zamanla skolioz düzələr” deyə problemi ciddiyə almır. Qabırğa qövsünün birinin digərinə nisbətən daha qabarıq olması, kürək sümüklərinin qeyri-bərabər yerləşməsi, çanaq sümüklərinin asimmetriyası təkcə zahirdən pis görünməklə yanaşı, daxildən də ciddi fəsadlara səbəb olur.

Bunlarla vaxtında müdaxilə olunmazsa, yaş artdıqca:
 - Protruziya, fəqərəarası disk yırtıqları;
 - Aritmiyalar, ürək nahiyəsində ağrı;
 - Ağ ciyər problemləri (ağ ciyərin xroniki obstruktiv xəstəlikləri);
 - Süd vəzi ölçülərində fərq;
 - Mədə bağırsaq problemləri (disbakterioz, kolit, qəbizlik, bağırsaqlarda spazm və s.);
 - Diafraqma ilə əlaqəli problemlər (təngnəfəslik);
 - Çanaqda durğunluqla əlaqəli cinsi pozulmalar, ağrılı menstruasiyav;
 - Əzələ ağrıları, baş ağrıları, daimi yorğunluq kimi hallar yaranır və uzunmüddətli, müxtəlif çətin  müalicə olunan xəstəliklərlə mübarizə aparılır.

Skoliozun son zamanlar tez-tez rast gəlməsi və çoxsaylı fəsadlar verməsi onun müalicəsinə də yeni yanaşmalar tələb edir.   

Əvvəllər istifadə olunan korsetlər, idman hərəkətləri və s. kimi bir çox müalicə üsulları çoxdan öz aktuallığını itirmişlər. Skoliozlu xəstəyə vahid bir orqanizm kim yanaşılmalıdır. Müalicənin məqsədi zahiri cəhətdən qamətin düzgün quruluşunun qaytarılması ilə yanaşı, daxili orqanların da işinin zamanla və ehtiyatla bərpasından ibarətdir.   Skoliozun profilaktikasında və müalicəsində istifadə etdiyimiz üsullar  – osteopatiya, homeosiniatriya, akupunktura, müasir fizioterapiya . 

Yenidoğulmuş körpənin doğuş yollarından keçərkən fəqərələrində yaranan ən kiçik  yerdəyişmələrin, hələ tam sümükləşməmiş çanaq sümükərinin normal anatomik fizioloji tamlığını yerinə qaytarmaqda osteopatiya əvəzsiz üsul hesab olunur. Osteopatiyanın üstünlüyü anadan olan andan istifadə olunması, heç bir zərərli təsirlərin olmamasındadır. .

Homeosiniatriya - bioloji aktiv nöqtələrə xüsusi bioloji preparatların yeridilməsidir: nəticədə orqan və toxumaların illər ərzində funksional patologiyaları zərərsiz bioloji preparatlarla aradan qaldırılır.

Akupunktura - bioloji aktiv nöqtələrdə xüsusi iynələr vasitəsilə enerji axınını bərpa etməklə aparılan müalicə üsuludur.

Fizioterapiya - müasir fizioterapevtik aparatlarla aparılan kompleks müalicədir.

Skoliozun müalicəsinə erkən yaşlardan başlamaq lazımdır. Məsələn, övladınız dünyaya gələndən sonra onun inkişafına nəzər yetirsəniz, körpənin başını daima bir tərəfə əyməsi, başının formasındakı deformasiyalar, gəzməyə başlayarkən ayaqlarını düzgün atmaması (barmaq uclarında gəzmək, ayaqlarını içəriyə atma) kimi hallar gələcəkdə övladınızda hər hansı bir qamət pozulması yarana biləcəyi ehtimalını bildirir.

Skoliozun erkən aşkarlanması sizin və övladınızın gələcəkdə həm maddi, həm də mənəvi əziyyətinizin qarşısını almağa kömək edəcək. Unutmayın ki, profilaktika müalicədən daha üstündür.

 

Mövzu ilə bağlı video: 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Elfanə Süleymanova

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz