Şəlpə qulaq əməliyyatı (otoplastika)
Xalq arasında şəlpə qulaq olaraq bilinən qulaqların plastikasında istifadə olunan otoplasti əməliyyatı, narahatlıq verən şəlpə görüntüsünü korreksiya etmək məqsədiylə olunur. Cərrahi müdaxilə ilə pasiyent bu vəziyyətdən həmişəlik xilas olur və psixoloji baxımdan da rahatlayır.
Qulaqların inkişafı (80%i) 5-6 yaşa qədər tamamlanır. Bu səbəbdən məktəbə başlamadan bu cür əməliyyatlar edilə bilər. Əməliyyatın bu yaşlarda olunması xüsusilə uşağın ruhi vəziyyətində meydana gələ biləcək mənfi halların qarşısnı ala bilər.
Şəlpə qulaq əməliyyatının daha yuxarı yaşlarda da edilməsi mümkündür. Kiçik uşaqlarda əməliyyat, ümumi anesteziya ilə, böyüklərdə isə yerli anesteziya ilə olunur. Ümumiyyətlə hər yaşda qulaqda estetik əməliyyat edilə bilər.
Şəlpə qulaq əməliyyatına kişilərin daha sıx müraciət etdiyi doğrudur. Bunun səbəbi çox sadədir: eyni vəziyyətdəki qadınlar saçları ilə qulaqlarını asanlıqla gizləyə bildiyi halda, kişilərin əksəriyyətinin belə bir imkanı yoxdur.
Bu əməliyyat qulaq arxasından edilən kiçik bir kəsiklə aparılır. Qulağın qığırdaq toxuması açılır. Qulaq seyvanının arxa hissəsinə doğru qıvrımını təmin etmək üçün həkim uyğun gördüyü yerlərdən qığırdaq törpüsü ilə qığırdaq toxumasını incəldir. Yenidən yaradılmış qıvrımın qalıcı olması üçün xüsusi tikişlər qoyulur.
Xeyr, şəlpə qulaq əməliyyatı qulaq arxasından reallaşdığı üçün xaricdən hər hansı bir əməliyyat izi görünməz.
Şəlpə qulaq əməliyyatı təxminən 1saata qədər davam edir və pasiyent eyni gün evə yazılır.
Şəlpə qulaq əməliyyatı yerli və ümimi anesteziya ilə icra edilir.
Əməliyyat sonunda hər iki qulaq üzərinə möhkəm sarılmış təzyiqli sarğı qoyulur. Ertəsi gün sarğı üçün həkim ilə görüşülür. Əməliyyat sonrası 3-5 gün qulaqlarda qızartı və yüngül bir şişlik meydana gələ bilər. Əməliyyat sonrası ilk gün ağrı hiss oluna bilər, belə hallarda həkiminiz ağrıkəsici təyin edəcəkdir. Bir neçə gün sonra sarğılar çıxarıldıqdan sonra 2 həftə müddətlə qulaqların üzərinə gələcək şəkildə tenisçi bantı istifadə etmək məsləhət görülür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az